"Qarabağ" Avropa Liqasındakı ev oyunlarını Bakıda keçirəcək

"Qarabağ" Avropa Liqasındakı ev oyunlarını Bakıda keçirəcək

Oyunların yeri dəyişdirilib

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının yeri dəyişdirilib. 

Bakucity.az-ın məlumata görə, Ağdam təmsilçisi ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək. 

Qeyd edək ki, UEFA daha əvvəl "Qarabağ"ın Bakıdakı oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyini açıqlamışdı. Son ölkə çempionu ilk ev matçında oktyabrın 4-ü "Arsenal"ı qəbul edəcək. 

2019-cu il Avropa Liqasının finalı da mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər