Test imtahanı mərhələsinə daha səmərəli hazırlaşanların nəzərinə
Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olunmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha səmərəli hazırlaşmalarına kömək məqsədilə sentyabrın 12-i və 22-də növbəti sınaq imtahanları keçiriləcək.
DİM-dən mətbuata verilən məlumata görə, sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə aparılacaq. İmtahanlar saat 10.00-da başlanacaq.
Bakucity.az