Bakı şəhərində təmizlik aksiyası keçirilib - Foto

Aksiyanın fəal iştirakçıları mükafatlandırılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Ekoloji maarifləndirmə” proqramı çərçivəsində Bakı şəhərində təmizlik aksiyası keçirib.

Fondun bildirdiyinə görə, Bakının Səbail rayonundakı “Dostluq” parkında təşkil olunan aksiyada Bilik Fondunun və Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri, Yasamal və Səbail rayonlarının məktəbliləri, müəllimlər, Fondun “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri iştirak ediblər.

Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla aksiya iştirakçıları ilə söhbətində XXI əsr texnologiya dövründə təbiətin mühafizəsinin hər birimizin ümdə borcu olduğunu vurğulayıb və bu təşəbbüsün son vaxtlar respublikamızda aparılan genişmiqyaslı təmizlik işləri ilə üst-üstə düşdüyünü söyləyib.

Fondun baş məsləhətçisi Nüşabə Hüseynli bizə miras qalan yerüstü və yeraltı sərvətlərimizin nəsildən-nəslə ötürülən əmanət olduğunu bildirib, bu əmanəti göz-bəbəyimiz kimi qorumağın, gələcək nəslə layiqincə çatdırmağın vacibliyini vurğulayıb.

Fondun baş mütəxəssisi Elnarə Əliyeva aksiyanın Beynəlxalq Savad Gününə həsr olunduğunu söyləyib, aksiya iştirakçılarına uğurlar arzulayıb.

Digər çıxış edənlər də aksiyanın əhəmiyyətini qeyd edib, belə tədbirlərin ekoloji baxımdan faydalı olduğunu bildiriblər.

Məktəblilər mövzuya dair yazdıqları esseləri oxuyub, Azərbaycan təbiətinin əsrarəngiz gözəlliyini əks etdirən rəsm nümunələrini nümayiş etdiriblər.

Sonra parkda təmizlik işlərinə başlanılıb. Aksiya iştirakçıları parkın böyük bir hissəsini tullantılardan və yabanı bitkilərdən təmizləyiblər.

Aksiyada fəal iştirak edən 53 nömrəli məktəbin kollektivinə xüsusi təşəkkür bildirilib, ekologiya mövzusunda kitablar və geyim dəstləri hədiyyə edilib.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
1 baxış oktyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Kriminal
Bakıda taksi sürücüsünü döyüb pulunu alan sərnişinlərdən biri tutulub. Daxili İşlər Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis şöbəsinə müraciət edən Qazax rayon sakini A.Bağırov oktyabrın 17-də saat 19 radələrində idarə etdiyi “Opel” markalı avtomobilə sərnişin qismində minən iki nəfərin onu döyərək 88 manat pulunu və mobil telefonunu apardıqlarını bildirib. Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbi...
Ekologiya
Sabah Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, oktyabrın 20-də paytaxtda bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı gözlənilir. Gündüz dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Gün ərzində mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 15-17° isti, gündüz 22-24° isti təşkil edəcək. Atmosfer təzyiqi nor...
Cəmiyyət
Bakıda müxalifətin mitinqinə görə metronun üç stansiyası bağlanıb.  “Bakı Metropoliteni” QSC-dən BakuCity.az-a verilən məlumatda deyilir: “Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun oktyabrın 19-da saat 15-də mitinq keçirilməsi ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq cavab verilməsinə baxmayaraq, mitinqin təşkilatçıları həmin vaxtda qanunla qadağan edilmiş yerdə, yəni Bakı Metropoliteninin "28 May" stansiyasını...
Kriminal
Bakıda polislər narkotik satışının qarşısını alıb. BakuCity.az Oxu.Az-a istinadən xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iki nəfər saxlanılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri zamanı Bakı şəhər sakinləri - 1991-ci il təvəllüdlü B.Lətifov və əvvəl məhkum olunmuş 1986-cı il təvəllüdlü Z.Lətifov saxlanılıb. B.Lətifovun üzə...
Cəmiyyət
Oktyabrın 14-də Bakının Nərimanov rayonu, Nazim Hacıyev küçəsində quraşdırılan “kitab dayanacağı” sökülüb. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov BakuCity.az-a açıqlamasında bildirib: “Məndə olan məlumata görə, həmin köşk SOCAR tərəfindən quraşdırılıb və dünən elə həmin şirkətin əməkdaşları tərəfindən demontaj olunub. İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti tərəfindən isə həmin ərazi nəzarətə g...
Hadisələr
Bakıda tikintidə ölüm hadisəsi baş verib. BakuCity.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Neftçilər prospektində yeni tikilən yaşayış binasının inşası zamanı qeydə alınıb. Həmin tikintidə işləyən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü İsmayılov Ramiz Vəli oğlu inşaat ərazisində işlədiyi vaxt başına boru dəyib. R.İsmayılov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hüquq-mühafizə oqanları hadisə yerinə gələrək mey...
Siyasət
Bakıda müxalifətin bu günə təyin edilən mitinqi təxirə salınıb. BakuCity.az xəbər verir ki, bu barədə AXCP sədri Əli Kərimli sosial şəbəkədə elan edib. O qeyd edib: "Dostlar, mitinqin təşkilatçılarının kütləvi şəkildə həbs edilməsi, həmçinin ölkədə və xaricdə yaşayan dostların aksiya ilə bağlı ciddi təxribatlar hazırlanması barədə ötürdüyü məlumatların ciddiliyi Milli Şuranın koordinasiya mərkəzinin üzvləri arasında yenidən müzakirə edilmiş və 19 oktyabra...
Cəmiyyət
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) agentliyin sədr müavinləri Rüfət Rüstəmzadə və Balarəhim Quliyevin iştirakı ilə enerji içkilərinin istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla geniş müşavirə keçirilib. AQTA-dan BakuCity.az-a verilən məlumata görə, müşavirədə 2020-ci il yanvarın 1-dən “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”nın qüvvəyə minəcəyi bildirilib.  Enerji içkilərinin saxlanma və daşınması ilə bağl...
Hadisələr
Bakının Yasamal rayonunda yol qəzası baş verib. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə Mətbuat prospektində qeydə alınıb. Vüqar Əmircanov idarə etdiyi “Lada Priora” markalı minik avtomobili ilə işıqforun yaşıl işığından keçən zaman hələlik şəxsiyyəti məlum olmayan sürücü “Tofaş” markalı nəqliyyat vasitəsilə ona çırpılıb. Həmçinin oxu: Bakıda ağır qəza: xarab olub yolda qalan "Qazel"ə çırpıldı - VİDEO Qəza zamanı yolda sıxlıq yaranıb. “Tofaş”...