Azərbaycan yığmasının Bakıda təlim-məşq toplanışı başlayıb

Azərbaycan yığmasının Bakıda təlim-məşq toplanışı başlayıb

Toplanışa 21 futbolçu qatılacaq

On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının bu gündən Bakıda təlim-məşq toplanışı başlayıb.

Azərtac-ın verdiyi məlumata görə sentyabrın 17-dək davam edəcək toplanışa 21 futbolçu dəvət olunub.

Toplanışda Vüsal Şabanov (“Qəbələ”), Fərid Xasıyev (“Qarabağ”), Müşviq Nadirov (“Qəbələ”), Nemət Musayev (“Sabah”), Emil Mammadli (“Neftçi”), Nemət Şıxəmirov, Rüfət Əhmədov, Nika Baçaliaşvili, Nazim Həsənzadə (hamısı “Qəbələ”), Fərid Yusifli (“Neftçi”), Fərid Muxtarov (“Keşlə”), Veysəl Rzayev, Samir Məhərrəmli (hər ikisi “Qəbələ”), Cavidan Abbaszadə (“Sumqayıt”), Valeh Qəhramanlı (“Neftçi”), Rauf Məhərrəmov (“Qəbələ”), Emil Quluzadə (“Neftçi”), Musa Qurbanlı (“Qarabağ”), Emil Bayramov (“Obolon Brovar”, Ukrayna), Samir Abdullayev (“Keşlə”) və Tuhid Abdullazadə (“Qarabağ”) iştirak edirlər.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər