Bakıda iki nəfərin öldürən sürücüyə cəza istəndi

Bakıda iki nəfərin öldürən sürücüyə cəza istəndi

Məhkəmə prosesi davam etdirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı Tarieli Kakabidzenin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsə cəza istəyib.

Dövlət ittihamçısı T.Kakabidzenin cinayət əməlinin məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyini deyib və onun 8 il azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, bu il aprelin 21-də Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Gürcüstan vətəndaşı Tarieli Kakabidzenin idarə etdiyi “Renault” və Bakı şəhər sakini Eldar Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Əliyev və sərnişini, paytaxt sakini Pərviz Məmmədov orada ölüb.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər