Bakıda rusiyalı rejissorun mühazirəsi dinləniləcək

Bakıda rusiyalı rejissorun mühazirəsi dinləniləcək

Rejissor filmlərindən danışacaq

Sentyabrın 12-də rusiyalı rejissor, ssenarist, operator və rəssam İvan Tverdovskinin “Müəllif kinosu: Müəllif. Rejissor. Rejissor-montajçı” mövzusunda mühazirəsi dinləniləcək.

Azərtac-ın verdiyi məlumata görə, mühazirə rus dilində aparılacaq.

İ.Tverdovski 2012-ci ildən başlayaraq qısametrajlı filmlər proqramının kuratorudur. Rejissorun tammetrajlı kinoda debütü “Düzəliş sinfi” filmi olub. 2014-cü ildə Soçidə “Kinotavr” kinofestivalının iki mükafatına layiq görülüb, prokatçı münsiflər heyətinin mükafatını qazanıb və ən yaxşı debütə görə priz alıb. Film Karlovı Varı kinofestivalının “Qərbdən Şərqə” adlı Şərqi Avropa filmləri müsabiqəsinin baş mükafatına sahib olub. 2016-cı ildə 27-ci “Kinotavr” kinofestivalında “Zoologiya” filminə görə kinoşünas və tənqidçilər gildiyasının “Fil” prizini qazanıb.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər