“Azərsu”: Babək prospektində magistral su xətlərinin yenilənməsi yekunlaşıb

Ərazidəki yaşayış evləri və obyektlər yeni şəbəkəyə qoşulub

“Azərsu” ASC-nin mətbuat xidmətindən alınan məlumata görə, ASC Bakı sakinlərinin içməli su təminatının daha da yaxşılaşdırılması, fasiləsiz su təchizatı rejiminin təmin olunması məqsədilə mühüm əhəmiyyət daşıyan daha bir layihənin icrasını yekunlaşdırıb. Paytaxtın əsas magistral yollarından sayılan Babək prospektində yol infrastrukturunun yenilənməsi ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində ərazidən keçən magistral su xətləri və kanalizasiya kollektorlarının yenilənməsi işləri başa çatdırılıb. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının su təchizatı, kanalizasiya və yağış sularının idarə olunması üzrə Master Plan çərçivəsində həyata keçirilib.

Layihəyə əsasən Babək prospekti boyunca 1000 və 800 millimetr diametrli polad borularla 7 kilometr uzunluğunda əsas magistral, prospektin sağ və sol hissəsi ilə polietilen borularla 11 kilometr uzunluğunda paylayıcı kəmərlər olmaqla ümumilikdə 30 kilometrə yaxın su xətti çəkilib. Bu kəmərlərdən ətraf küçələrə çıxışlar verilib və ərazidəki yaşayış evləri və obyektlər yeni şəbəkəyə qoşulub. Babək prospektində yolun əsaslı təmiri və nəqliyyatın intensiv hərəkəti nəzərə alınaraq tikinti-quraşdırma işləri mərhələlərlə aparılıb.

Yenidənqurma işləri çərçivəsində prospekt boyunca istismar müddətini başa vurmuş və tez-tez qəzaların baş verdiyi 2 çuqun və bir polad magistral su xəttinin fəaliyyəti dayandırılıb. Prospekt boyunca qurulan yeni sistem NZS, UPD, Keşlə qəsəbələrində, eyni zamanda, yeni salınan “Ağ şəhər”də və ona yaxın ərazilərdə əhalinin dayanıqlı və fasiləsiz su təchizatına, eləcə də istehlakçılara göstərilən xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olub.

Babək prospektində yol infrastrukturunun yenilənməsi işləri çərçivəsində Bakının əsas kanalizasiya kollektorlarından olan və paytaxtın böyük bir ərazisində yaranan tullantı sularının əsas daşıyıcı xətlərə axıdılmasını təmin edən “Dairəvi” kollektorun bir hissəsi dəyişdirilib. Layihəyə əsasən kollektorun Babək prospekti ilə kəsişən və yaşayış evlərinin altına düşən hissələri ləğv edilib. Əvəzində prospektə paralel 1400 millimetr diametrli dəmir-beton borularla 1,2 kilometr uzunluğunda yeni kollektor tikilərək paytaxtın əsas daşıyıcı xətlərindən olan “Sənaye” kollektoruna birləşdirilib. Kollektorların yaşayış evləri və kommersiya obyektlərinin altından keçən hissələrinin ləğv edilməsi istismar proseslərini asanlaşdırmaqla yanaşı, gələcəkdə qəza halları zamanı yarana biləcək təhlükələri aradan qaldıracaq.

Bu layihənin tərkib hissəsi olaraq 41 şərq anbarı ilə 82 şərq su anbarının əlaqələndirilməsi məqsədilə 700 millimetr diametrli magistral xəttin inşası başa çatdırılıb. Su anbarlarının əlaqələndirilməsi suyun optimal idarə olunması və dayanıqlı su təchizatına imkan yaradıb.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
1 baxış oktyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
Bu il Dağıstan poeziyasının görkəmli nümayəndələrindən biri, Maksim Qorkinin “XX əsrin Homeri” adlandırdığı Süleyman Stalskinin anadan olmasının 150 illiyi tamam olur. Mədəniyyət Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, bu münasibətlə oktyabrın 15-də Bakıda, R.Behbudov adına Dövlət Mahnı Teatrında nazirliyin dəstəyi və “Samur” Ləzgi Milli Mədəniyyət Mərkəzi ilə “Samur” qəzeti redaksiyasının təşkilatçılığı ilə böyük şairin anadan olmasının 150 ill...
Cəmiyyət
Landmark Hotel Baku-da XIV “Baku Jazz Festival”ın başlanması münasibətilə mətbuat konfransı keçirilib. BakuCity.az xəbər verir ki, illik caz musiqisi festivalının təşkilatçıları jurnalistlərə qarşıdakı tədbirin proqramı, iştirakçıları və "I am Jazzman" müsabiqəsi barədə məlumat veriblər. Festivalın direktoru Leyla Əfəndiyeva qeyd edib ki, bu il festival çərçivəsində 25-dən çox konsert, master-klass, seminar, caz filmləri günləri, həmçinin üç festival günü...
Hadisələr
Bakıda universitet müəlliminin velosipedi oğurlanıb. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Yasamal rayonu Z.Əhmədbəyov küçəsində qeydə alınıb. Moskva Dövlət Universitetinin Bakı filialının müəllimi, Rusiya vətəndaşı, 1965-ci il təvəllüdlü Yuri Şirkova məxsus 800 manat dəyərində velosiped naməlum şəraitdə oğurlanıb. Hadisə ilə bağlı polisə məlumat verilib. Hazırda hadisəni törədən şəxs və şəxslərin müəyyən edilərək tutulması istiqa...
Hadisələr
Bakıda gecə klubunda gənc qızlar arasında dava düşüb. BakuCity.az “Report”a istinadən məlumat verir ki, hadisə Nəsimi rayonu, Bül-Bül prospektində yerləşən gecə klubunda baş verib. Belə ki, 2000-ci il təvəllüdlü N.Qurbanova həmyaşıdı A.Qasımova ilə əlbəyaxa dava edib. Dava klubdakı müştəri oğlana görə olub. Hər iki qadın xuliqanlıqda şübhəli bilindikləri üçün Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. BakuCity.az
Cəmiyyət
“Bakıda daha yaxşı şərait olsaydı, qalmaq istəyərdim” BakuCity.az paytaxt sakinləri arasında sorğu keçirib. Bakıdan başqa hansı şəhərdə yaşayardınız? - sualına cavab verən paytaxt sakinləri Avropanın müxtəlif şəhərlərinin adını çəkiblər. Videosorğunu təqdim edirik: Ramilə Qardaşxanqızı Video: Nicat Alili Bakucity.az
Cəmiyyət
Cari ilin 18-24 oktyabr tarixlərində Azərbaycanda ikinci dəfə təşkil olunacaq “InnoWeek – İnnovasiya həftəsi” ilə bağlı mətbuat konfransı keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, konfransda bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə keçirdiyi layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərin əks ol...
Cəmiyyət
Bu gün Bakı şəhərində Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Avtomobil Nəqliyyatı Qrupunun növbəti iclası işə başlayıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, iki gün davam edəcək iclasda BNF-nin üzvü olan ölkələrdən 100-ə yaxın nümayəndə iştirak edir. Sessiya gündəlikdə qoyulan məsələlər üzrə forumun qəbul etdiyi Keyfiyyət Xartiyasında nəzərdə tutulmuş tələblərin üzv ölkələrdə yerinə yetirilməsinin vəzi...
Cəmiyyət
Niderlandın Bakıdakı səfirliyi qarşısında oktyabrın 13-də holland referi Dennis Higlerin Avro-2020 çərçivəsində baş tutmuş Macarıstan-Azərbaycan (1:0) oyununda hakimliyi əleyhinə piket keçirilib. Bu barədə BakuCity.az Virtualaz.org-a istinadən xəbər verir. Piket iştirakçıları "Ədalətsiz qərar", "Ədalətsiz hakim", "Futbol siyasətdən kənardır", "Bizə heç-heçəmizi qaytar" kimi ifadələr işlədiblər. Etirazda “Holland pendirinə “hə”, hollandiyalı hakimə “yox” ya...
Siyasət
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya səfərə gəlib. BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, səfərdə məqsəd Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etməkdir. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. R.T.Ərdoğanı hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayı...