Bakıda keçirdiləcək Bal yarmarkasının vaxtı açıqlandı

Bakıda arıçılıq məhsullarının respublika sərgisi keçiriləcək

Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını şəxsiyyət vəsiqəsini təqdim etməklə sentyabrın 15-dən 30-dək yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər

5-28 oktyabr tarixində Bakıda arıçılıq məhsullarının respublika sərgisi keçiriləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyndən məlumat alınıb.

Bildirilib ki, "Arıçılıq haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi 2018-ci ilin 5-28 oktyabr tarixlərində Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ("A.M.A.Y Holdinq" MMC-nin ticarət mərkəzində) ünvanında arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkasını keçirəcək. Sərgi-satış yarmarkasının açılışı 5 oktyabr, saat 12.00-da olacaq.

Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını şəxsiyyət vəsiqəsini təqdim etməklə sentyabrın 15-dən 30-dək yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər.

Qeyd edək ki, yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq. Yarmarkaya hazırlıq tədbirlərini səmərəli təşkil etmək məqsədi ilə arıçılıq məhsullarının anbara qəbulu iqtisadi rayonlar üzrə aşağıdakı tarixlərdə həyata keçiriləcək.

Lənkəran iqtisadi rayonu üzrə — 15-18 sentyabr

Aran iqtisadi rayonu üzrə — 19-21 sentyabr

Gəncə-Qazax iqtisadi rayonu üzrə — 22-24 sentyabr

Şəki-Zaqatala iqtisadi rayonu üzrə — 25-27 sentyabr

Quba-Xaçmaz və Abşeron iqtisadi rayonları üzrə — 28 sentyabr

Dağlıq şirvan iqtisadi rayonu üzrə — 29 sentyabr

Naxçıvan iqtisadi rayonu üzrə — 30 sentyabr

Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi rayonları üzrə — 30 sentyabr

Eyni zamanda şəffaflığın təmin edilməsi məqsədi ilə 2018-ci il oktyabrın 4-də yerlərin iqtisadi rayonlar üzrə və fərdi qaydada püşkatması keçiriləcək. Püşkatmada bütün arıçıların iştirakı arzu olunur.

Əlaqə telefonları: 1652 (Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi), (012) 498-16-38, 598-33-32.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
2 baxış oktyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Bakıda tikintidə ölüm hadisəsi baş verib. BakuCity.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Neftçilər prospektində yeni tikilən yaşayış binasının inşası zamanı qeydə alınıb. Həmin tikintidə işləyən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü İsmayılov Ramiz Vəli oğlu inşaat ərazisində işlədiyi vaxt başına boru dəyib. R.İsmayılov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hüquq-mühafizə oqanları hadisə yerinə gələrək mey...
Siyasət
Bakıda müxalifətin bu günə təyin edilən mitinqi təxirə salınıb. BakuCity.az xəbər verir ki, bu barədə AXCP sədri Əli Kərimli sosial şəbəkədə elan edib. O qeyd edib: "Dostlar, mitinqin təşkilatçılarının kütləvi şəkildə həbs edilməsi, həmçinin ölkədə və xaricdə yaşayan dostların aksiya ilə bağlı ciddi təxribatlar hazırlanması barədə ötürdüyü məlumatların ciddiliyi Milli Şuranın koordinasiya mərkəzinin üzvləri arasında yenidən müzakirə edilmiş və 19 oktyabra...
Cəmiyyət
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) agentliyin sədr müavinləri Rüfət Rüstəmzadə və Balarəhim Quliyevin iştirakı ilə enerji içkilərinin istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla geniş müşavirə keçirilib. AQTA-dan BakuCity.az-a verilən məlumata görə, müşavirədə 2020-ci il yanvarın 1-dən “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”nın qüvvəyə minəcəyi bildirilib.  Enerji içkilərinin saxlanma və daşınması ilə bağl...
Hadisələr
Bakının Yasamal rayonunda yol qəzası baş verib. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə Mətbuat prospektində qeydə alınıb. Vüqar Əmircanov idarə etdiyi “Lada Priora” markalı minik avtomobili ilə işıqforun yaşıl işığından keçən zaman hələlik şəxsiyyəti məlum olmayan sürücü “Tofaş” markalı nəqliyyat vasitəsilə ona çırpılıb. Həmçinin oxu: Bakıda ağır qəza: xarab olub yolda qalan "Qazel"ə çırpıldı - VİDEO Qəza zamanı yolda sıxlıq yaranıb. “Tofaş”...
Ekologiya
Bakıda istirahət günlərinin hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, oktyabrın 19-20-də paytaxtda hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 32-36 dərəcə isti təşkil edəcək. BakuCity.az
Cəmiyyət
Oktyabrın 15-də Azərbaycanın paytaxtında keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Bakıya gələn jurnalist Ahmet Hakan təəssüratlarını bölüşüb. BakuCity.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, jurnalist “Gözümdə kiçiltdiyim Bakıdan xəcalət çəkərək qayıtdım” başlıqlı yazı yazıb. O qeyd edib ki, Bakıya “Qafqazın...
Hakimiyyət
Bakıda qəzalı vəziyyətdə olan yataqxanalar sökülməlidir. BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevi qəbul edərkən deyib. İlham Əliyev bildirib ki, paytaxtda qəzalı vəziyyətdə olan, məcburi köçkünlərin məskunlaşdığı yataqxanalar boşaldılandan sonra həmin yataqxanaların yerində yeni binalar tikilə bilər: Həmçinin oxu: Prezidentdən Bakı yolları ilə...
Cəmiyyət
"Bakı Metropoliteni" QSC-nin stansiyalarının rəislərinin yerləri dəyişib. BakuCity.az "Report”a istinadən məlumat verir ki, bu barədə qurumun rəisi Zaur Hüseynov əmr imzalayıb. Onların bəzilərinin adları məlum olub. Z.Hüseynovun əmrinə əsasən, metronun "Şah İsmayıl Xətai" stansiyasının rəisi Cümşüd Cəfərov vəzifəsindən azad edilərək "Sahil" stansiyasına, "Neftçilər" stansiyasının rəisi Dəyanət Dadaşov isə vəzifəsindən azad edilərək "Şah İsmayıl Xətai" stan...
Cəmiyyət
Bakının Nizami rayonu, Keşlə qəsəbəsində transformatora girərək yanan, nəticədə qolu amputasiya olunan 2010-cu il təvəllüdlü Zəhra Əliyeva ilə bağlı bəzi təfərrüatlar məlum olub. İddia olunurdu ki, həkimlər uşağın nənəsindən pul istəyiblər. Uşağın qolunun amputasiya olunmadan müalicəsi mümkün imiş, sadəcə barmaqları kəsilməklə kifayətlənmək olarmış, amma həkimlər müalicədən boyun qaçırıblar. Təhsil aldığı məktəbdən də dəcəlliyinə görə qovulduğu, üstəlik, ö...