Bakının ilk "Cib" tipli avtobus dayanacağı - Foto

Bakının ilk "Cib" tipli avtobus dayanacağı - Foto

Məntəqədə pavilyon və məlumat lövhəsi də quraşdırılıb

Jurnalistlər üçün salınan yaşayış kompleksinin qarşısında "Cib" tipli dayanacaq məntəqəsi artıq hazırdır.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə, məntəqədə pavilyon və məlumat lövhəsi də quraşdırılıb.

Qeyd edək ki, işlərə ilk olaraq Yeni Salyan yolu, 22 ünvanında jurnalistlər üçün yeni salınan yaşayış kompleksinin qarşısında və yolun əks tərəfində start verilib.

Xatırladaq ki, Bakı şəhərində sərnişinlərin müntəzəm marşrut xətt avtobuslarından rahat və təhlükəsiz istifadəsi üçün zəruri infrastrukturun təşkili işləri davam edir. 45 ünvanda Azərbaycan Dövlət Tikinti Normaları nəzərə alınaraq “Cib” tipli dayanacaq məntəqəsinin təşkilinə başlanılıb.

Nəzərdə tutulan ünvanlar vətəndaş müraciətləri və Bakı Nəqliyyat Agentliyi mütəxəssislərinin apardığı təhlillər əsasında müəyyən edilib.

Bacucity.az

Bakının ilk "Cib" tipli avtobus dayanacağı - Foto, fotoşəkil-1 Bakının ilk "Cib" tipli avtobus dayanacağı - Foto, fotoşəkil-2 Bakının ilk "Cib" tipli avtobus dayanacağı - Foto, fotoşəkil-3 Bakının ilk "Cib" tipli avtobus dayanacağı - Foto, fotoşəkil-4
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər