Bakıdakı marşrut xətlərindən biri üzrə avtobusların hərəkət sxemi dəyişib

Bakıdakı marşrut xətlərindən biri üzrə avtobusların hərəkət sxemi dəyişib

Marşrut xətti üzrə avtobuslar test rejimində hərəkət edəcək

7B nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, dəyişikliyə əsasən, bu xətt üzrə avtobuslar Yeni Yasamal parkından-Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinədək hərəkət edəcək. Hazırda 7B nömrəli marşrut xətti üzrə avtobuslar test rejimində yeni sxem üzrə hərəkət edir.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər