Bakıda Özbəkistanın milli bayramı münasibətilə qəbul təşkil olunub

Özbəkistanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Dövlət müstəqilliyinin 27-ci ildönümü münasibətilə sentyabrın 10-da rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov rəsmi qəbulda iştirak edib.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Səfir Şerzod Fayziyev tədbirdə çıxış edərək ölkəsinin müstəqillik tarixindən danışıb. O, Özbəkistanda həyata keçirilən islahatların əhəmiyyətindən söhbət açıb, bu islahatların ölkənin inkişafına xidmət etdiyini deyib.

Səfir vurğulayıb ki, Xəzəryanı ölkələrlə dostluq əlaqələrinin inkişaf etdirilməsi Özbəkistan üçün prioritetdir. O, ölkəsinin Azərbaycan ilə əlaqələrin möhkəmləndirilməsinə önəm verdiyini qeyd edib. “Əməkdaşlığın inkişafında yeni mərhələnin şahidi oluruq. Sıx, etibarlı münasibətlərimiz dərin köklərə əsaslanır. Əminəm ki, əməkdaşlığımız dostluq və qardaşlıq münasibətlərimizi daha da möhkəmləndirəcək. Münasibətlərimiz xalqlarımızın mənafeyinə uyğun olaraq gələcəkdə daha da inkişaf edəcək”, - deyə səfir bildirib.

Rəsmi qəbulda çıxış edən Baş nazir Novruz Məmmədov əlamətdar bayram münasibətilə Azərbaycan Prezidenti və Hökuməti adından Özbəkistan xalqını təbrik edib. Ölkələrimiz arasındakı əlaqələrin milli mənəvi və mədəni dəyərlərlə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən qaynaqlandığını söyləyən Baş nazir münasibətlərimizin belə möhkəm təməllər üzərində inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin məmnunluq doğurduğunu vurğulayıb. O bildirib ki, ölkələrimiz arasında mövcud olan qarşılıqlı siyasi etimad və dialoq əməkdaşlığımızın daha da inkişafına və dərinləşməsinə zəmin yaradır.

Əlaqələrimizin inkişafında dövlətlərimizin başçılarının səmimi münasibətlərinin rolunu qeyd edən Novruz Məmmədov qardaş Özbəkistanın dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində, sosial-iqtisadi sahədə əldə etdiyi uğurların, onun beynəlxalq aləmdə artan nüfuzunun bizi sevindirdiyini söyləyib. Baş nazir ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın rolunu vurğulayıb.

Azərbaycanın öz tərəfdaşları ilə birgə bütün istiqamətlərdə böyük nəqliyyat və enerji infrastrukturu layihələrini həyata keçirdiyini söyləyən Baş nazir Asiyadan Avropaya yükdaşımalarda ən qısa yol olan Bakı-Tbilisi-Qars dəmir yolunun Özbəkistan üçün əlverişli imkan olduğunu vurğulayıb. O əlavə edib ki, Azərbaycan-Özbəkistan əlaqələrinin genişlənməsi və dərinləşməsi Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün, sabitliyin möhkəmlənməsinə xidmət edir. Bu baxımdan iqtisadi-ticari, humanitar, təhlükəsizlik, elm, təhsil, incəsənət gənclər və idman sahələrində əməkdaşlığımızın inkişaf etdirilməsində maraqlıyıq.

Daşkənd şəhərindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin iki ölkə arasında humanitar əlaqələrin inkişafında mühüm rolunu qeyd edən Novruz Məmmədov, bu baxımdan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Xəmsə"sinin özbək dilinə tərcümə edilərək nəşr olunmasının əhəmiyyətini vurğulayıb.

Baş nazir bildirib ki, ölkələrimiz beynəlxalq təşkilatlarda da fəal qarşılıqlı dəstək nümayiş etdirirlər. Özbəkistanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın beynəlxalq hüquq normalarına, dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan haqlı mövqeyinə nümayiş etdirdiyi dəstəyi yüksək qiymətləndiririk.

Novruz Məmmədov ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Sürücü özünə və polis əməkdaşına xəsarət yetirib Bakucity.az xəbər verir ki, dünən saat 16:40 radələrində paytaxtın Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində nasaz vəziyyətdə, yol hərəkətində istismarı mümkün olmayan “QAZ-31” markalı, 10-NR-899 dövlət nömrə nişanlı avtomobil üstündə 12 metr uzunluğa malik tikinti materialı-armatur daşımaqla yük daşıma qaydasını pozduğu üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb.  Dövlət Yol Polisi İd...
Ekologiya
Bazar gününə olan hava şəraiti açıqlanıb Bakucity.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru çiskinli olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.  Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Depart...
Kriminal
Qəza piyadanın xəsarət alması ilə nəticələnib Bakucity.az xəbər verir ki, Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. DİN-in Təhlükəsiz Şəhər Xidməti və Yasamal rayon Polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Röyal Eynullayevin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “KİA...
Hakimiyyət
"Azərişıq" ASC-nin Tədris Mərkəzinə yeni direktor təyin edilib Bakucity.az xəbər verir ki, Araz Məmmədzadə "Azərişıq" ASC-nin Tədris Mərkəzinə yeni direktor təyin edilib. O, indiyə qədər səhmdar cəmiyyətinin Satış Departamentində çalışıb və yeni vəzifəsində bir qədər əvvəl “Azərenerji” ASC-nin prezidenti Balababa Rzayevin müşaviri təyin edilmiş Vüqar Əliyevi əvəz edib. / "Report" Bakucity.az
İdman
Yarış 3 gün davam edib Bakucity.az xəbər verir ki, Sərhədçi İdman Olimpiya Mərkəzində yeniyetmələr arasında keçirilən cüdo üzrə Bakı şəhər açıq birinciliyinə yekun vurulub. 3 gün davam edən turnirdə oğlanlar və qızlar 9 çəki dərəcəsində paytaxt birinciliyinin qaliblərini elan ediliblər.  Xumar Qasımzadə (36 kq), Nəzakət Hüseynova (40 kq), Lətifə Abbasova (44 kq), Fatimə Məmmədli (48 kq), Zeynəb Məmmədova (52 kq), Aytac Qardaşxanlı (57 kq), Səma Əliyeva (63...
Hadisələr
Nəticədə 2 avtomobil toqquşub Bakucity.az xəbər verir ki, hadisə bu gün səhər 08:45-də, Mehdi Hüseynzadə parkının yaxınlığında baş verib. Bakıxanov küçəsindən C.Cabbarlı küçəsinə dönən "Hyundai" markalı 90-PU-669 dövlət qeydiyyat nişanlı avtomobilin Tbilisi prospektindən gələn "Toyota" markalı 90-TR-701 dövlət qeydiyyat nişanlı maşını gözləməməsi səbəbindən qəza baş verib. Hər iki avtomobilə ziyan dəyib. Trend.az Bakucity.az
Cəmiyyət
Müasir standartlara uyğun təmizləyici qurğuları olmayan 5 restoran bağlanır Bakucity.az xəbər verir ki, Bakıda fəaliyyət göstərən “Arzu”, “Mega Palace”, “Gilavar”, “Kəndimiz”, “Şahzadə” və  “Çanaqqala” restoranlarının bağlanması məhkəmənin yekun qərarından sonra gerçəkləşəcək.  Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bakucity.az
Cəmiyyət
Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransı işini davam etdirir Bakucity,az-ın məlumatına görə, 44 ölkədən 250-yə yaxın nümayəndənin iştirakı ilə keçirilən Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransı işini davam etdirir. Konfransda dayanıqlılığın təşviqi, gələcək nəsillərin maraqlarının müdafiəsi məsələləri müzakirə olunur. Dekabrın 14-də başlayan konfrans öz işini bu gün yekun sənədlə başa vuracaq. Bakucity.az
Cəmiyyət
Bakını çirkləyən şəhər sakinləridir Paytaxt Bakı günü-gündən inkişaf edir, lakin bir problem var ki, uzun illərdir öz həllini tapmır. Şəhərdə təmizliyin qorunması gündəlik mövzuya çevrilib. Bu yaxınlarda paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsində binanın eyvanından içi tullantılarla dolu sellofan torba binanın həyətində park edilən avtomobilin üstünə atılmışdı, nəticədə maşının arxa şüşəsi sınaraq yararsız hala düşmüşdü. Bakucity.az ARB TV-nin “Günə doğru...