Bu gündən etibarən Məhərrəm ayı başlayıb

Bu gündən etibarən Məhərrəm ayı başlayıb

Əksər bölgələrdə toy mərasimləri təxirə salınır

Hicri təqvimi ilə Məhərrəm ayı başlayıb.

Məlumata görə, Miladi təqvimi ilə sentyabrın 11-i Məhərrəm ayının ilk günüdür.

Bu ayın 10-cü günü — Aşura sentyabrın 20-nə təsadüf edəcək. Oktyabrın 11-də başlayacaq Səfər ayı Miladi təqvimi ilə noyabrın 8-də başa çatacaq. Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salınır.

Qeyd edək ki, Məhəmməd peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.

Məhərrəmlik ayı ilə bağlı fətva verildi

Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı verdiyi fətvaya əsasən, Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir.

İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir. Əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalıdır. Soyunmaq, zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İslam qanunlarına ziddir və İmamin, Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir. Eləcə də, təziyə məclislərində uşaqların iştirakı qeyri-məqbuldur.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
“Qələbə çox yaxın zamanda olacaq” Azərbaycan Ordusu uğurlu döyüşlər aparır. Biz müharibə edirik, düşməni öz ərazilərimizdən vurub çıxarırıq. Ordumuzun addımlarını müsbət qiymətləndirirəm. Azərbaycan Ordusu irəliləyir və qarşısına qoyulan məqsədləri inamla həyata keçirir. BakuCity.az xəbər verir ki, bu fikirləri Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Şəmist...
Cəmiyyət
Ermənistan atəşi nəticəsində Goranboy rayonunun Tap kəndində daha bir dinc sakin həlak olub. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında etdiyi paylaşımda bildirib. Hikmət Hacıyev bildirib ki, raket həmin şəxsin evinin damına düşüb. “Ermənistanın hərbi cinayətləri davam edir”. Now. One more civilian was killed by Armeni...
Cəmiyyət
Azərbaycanda bu gün koronavirus infeksiyasına 1015 yeni yoluxma faktı qeydə alınıb, 483 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 9 nəfər COVID-19-dan vəfat edib. BakuCity.az
Cəmiyyət
"Boş ümidlərə qapılmayın, ordumuz Azərbaycan qarşısında dayana bilməz". Erməni xalqı boş ümidlərə qapılmasın. Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri qarşısında dayana bilməz. BakuCity.az xəbər verir ki, bu barədə Ermənistanın “Adekvad” hərəkatının təsisçisi Konstantin Ter-Nakalyanın erməni xalqına müraciətində deyilir. Onun sözlərinə görə, Ermənistan yorucu müharibə ssenarisindədir: “Bunun əbədi davam edəcəyinə dair boş ümidlərə qapılmayın. Azərbay...
Cəmiyyət
Şücaət göstərən hərbçiyə mənzil hədiyyə olunub. “Cavid-2016” MMC işğal altında olan torpaqların azad edilməsi uğrunda keçirilən hərbi əməliyyatlarda şücaət göstərən hərbçiyə mənzil hədiyyə edib. BakuCity.az xəbər verir ki, oktyabrın 27-də şirkətin ofisində keçirilən təqdimatda Suqovuşan qəsəbəsinin azad edilməsindən sonra Azərbaycan bayrağını meydanda dirəyə taxaraq dalğalandıran əsgər İlkin Fərzəliyevə “Cavid-2016” şirkətinin rəhbərliyi tərəfindən mənzil...
Cəmiyyət
Könüllü Bərdədə humanitar dəstək verərkən öldürülüb. Beynəlxalq Qızıl Xaç Komitəsinin könüllüsü Ermənistanın şəhəri kasset raketləri ilə atəşə tutması nəticəsində Azərbaycanın Bərdə şəhərində humanitar dəstək verərkən öldürülüb. BakuCity.az xəbər verir ki, bunu zərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter paylaşımında qeyd edib. BakuCity.az
Cəmiyyət
Erməni əsgər qadın Azərbaycan tərəfə keçib. BakuCity.az Erməni əsgər qadın könüllü olaraq Azərbaycan tərəfə keçib. BakuCity.az
Cəmiyyət
Düşmən rayonlarımızı təkrar atəşə tutub. Bərdə və Goranboy rayonlarının ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. BakuCity.az
Cəmiyyət
BMT Azərbaycanın Bərdə şəhərinə edilən hücumu qınayır. BMT Dağlıq Qarabağ münaqişəsi zonasında və ondan kənarda yaşayış məntəqələrinin atəşə tutulmasını, o cümlədən də Azərbaycanın Bərdə şəhərinə edilən hücumu qınayır. BakuCity.az xəbər verir ki, bu barədə BMT Baş Katibinin mətbuat katibi Stefan Düjarrik Nyu-Yorkda keçirdiyi brifinqdə bildirib. “Çoxsaylı insan ölümünə və xeyli sayda insanın yaralanmasına səbəb olan Bərdə şəhərinə edilən hücum da daxil olma...