Qurban Qurbanov: "Çox şeyi təzədən başlamaq lazımdır"

Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov U-21 yığmasının Norveçlə keçirdiyi Avropa çempionatının seçmə oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

"Report" həmin müsahibəni təqdim edir...

U-21 millisinin İsrail və Norveçlə keçirdiyi matçları izlədiniz. Gənclərdə perspektiv görürsünüz?

- Perspektivimizin olduğunu düşünə bilərik. Amma bu, digərlərində daha çoxdur. Elə Norveçlə İsraili buna misal gətirə bilərəm. Onların komanda və oyunçu potensialı bizdən qat-qat yuxarıdır. Hər birinin oynadığı komandalara baxsaq, inkişafa doğru gedirlər. Bizdə isə təlim-məşq toplanışında bir neçə oyun keçirib düzəlirlər və burdan gedəndən sonra bir ay ərzində baxsaq, 3-4 nəfər çempionatda ya oynayar, ya da yox. Qalanları isə I Divizionda olur, ya da ehtiyatda vaxt keçirirlər.

Millinin baş məşqçisi kimi düşünmürsünüzmü ki, bir neçə ildən sonra mən bu uşaqlarla nə edəcəyəm?

- "Hazırda ümidverici nə görünür" sualına cavab axtarsaq, "böyük bir şeyi bir neçə ilə əldə edəcəyimizi" söyləsək, yalan olar. Çünki rəqiblərimiz bizdən qat-qat sürətli inkişaf edirlər. Ona görə də bizdən bu gün üçün daha üstündürlər. Təbii ki, fərq edəcək. Ola bilsin, bir ildən sonra bu futbolçular daha yaxşı oynayacaqlar. Amma təəssüf ki, digər komandalar daha çox irəli gedəcək və yenə də səviyyə baxımından bizdən yuxarılarda olacaqlar.

Həm əsas, həm də U-21 yığmasında oyun təcrübəsinin azlığını vurğulamısınız. Bunun çıxış yolu nədədir?

- Görünən odur ki, bu, 3-5 günün işi deyil. Bu oyunlara baxdıqdan və öz oyunlarımızı keçirdikdən sonra rəqib komandaların çempionatları ilə daha çox maraqlanmağa başlamışıq. Bu gün həddən artıq böyük işlər görülməlidir. Bəlkə də çox şeyi təzədən başlamaq, uzunmüddətli layihə götürüb, onun üzərində çalışmaq lazımdır. Fikrimcə, işbirliyi həddindən artıq çox və geniş miqyaslı olmalıdır.

Sizcə, sıfırdan başlamaq, futbolçuları lazımi səviyyəyə çatdırmaq üçün ən azı 5 il vaxt lazım deyil?

- İş ondadır ki, 4-5 il əvvəl bu ölkələrdə çempionatın səviyyəsi elə də yüksək deyildi. Hətta bəzi liqaların səviyyəsi aşağı enmişdi. Lakin artıq onlar çox sürətlə irəliləyiblər, çempionatlarının səviyyələrini qaldırıblar və futbolçularını Avropa bazarlarına çıxarıblar. Bütün ölkələrin yığmalarına, ayrı-ayrılıqda futbolçularına baxsaq, hamısı çox yaxşı liqalarda çıxış edir. Lakin bizim əvvəllər çox yaxşı çempionatımız var idi, son vaxtlar isə zəifləməyə doğru gedir. Dəfələrlə qeyd etmişəm ki, 5-7 il əvvəlki çempionatımızdakı komandalar, rəhbər şəxslər, məşqçilər, legionerlər tam fərqli idilər. Heç biri digərindən geri qalmırdı. Belə bir şəraitdə yerli futbolçuların da səviyyələri istər-istəməz qalxmalı idi. Bunun da şahidi olurduq. Amma son vaxtlar çempionatımız zəifləməyə doğru getdi, səviyyəli legionerlər azalmağa başladı, bir neçə klubu AFFA maliyyələşdirməyə başladı. Belə problemlər davam etməkdədir.

Kosovo və Malta ilə UEFA Millətlər Liqasının oyunlarında iki fərqli hissə izlədik. Bu, nə ilə əlaqədar idi?

- Bu gün nəsə desəm, bəlkə də şablon fikirlər olacaq. Futbolda belə epizodlar olur, belə hallara rast gəlinir. İnanmıram ki, həyəcanla bağlı olsun. Turnirə start verməmişdən öncə futbolçularda qrupu birinci pillədə başa vurmaq istəyi var idi. Bu, indi də var. Təbii ki, bunlar tələb olunanda həyəcan olur. Normal bir şeydir. Futbolun özəlliklərindən biridir.

Ruslan Qurbanov Kosovaya qarşı oynasa da, Malta ilə oyunun 23-lüyünə salınmadı. Nəzərə alsaq ki, ipə-sapa yatmayan futbolçudur, onu heyətə salmamağınızın səbəbini açıqlaya bilərsiniz?

- Öz qərarım idi. Bunun səbəbini açıqlamağa ehtiyac yoxdur.

“Qarabağ”ın Avropa Liqasıdakı oyunlarını Bakı Olimpiya Stadionunda (BOS) keçirməsini istəmədiyiniz barədə məlumatlar var. Tofiq Bəhramov adına Respublika stadionuna qayıtmaq variantınız yenə var?

- Verilən qərarlar məsləhətləşdirilir. Ötən il Çempionlar Liqasındakı matçları da BOS-da keçirmişdik. Biz “Arsenal”la oyunu BOS-da, digər iki matçı Tofiq Bəhramov adına Respublika Stadionunda keçirmək istədik. Amma UEFA-nın reqlamenti var. “Arsenal” və “Sportinq” Çempionlar Liqası səviyyəsində olan komandalardır. Bir oyunu burda, digərini başqa yerdə keçirmək düzgün deyil. Bu qərarda hamının razılığı olub. Ötən il Bakı Olimpiya Stadionunun azarkeşlərlə dolması ölkə başçısı tərəfindən də müsbət qarşılanmışdı. Bu qərar hamının razılığı ilə qəbul olundu.

Barış Ekincieri özünüz üçün qeyd etdiniz?

- Qeydiyyatda olanlar var. Amma ad çəkmək düzgün olmaz. Hamının üstün və zəif cəhətləri qeyd edilib. Bir neçə oyunçu daim diqqətimizdədir.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hakimiyyət
İlham Əliyev lenti kəsib və yaradılan şəraitlə tanış olub. Dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yeni inşa edilmiş Gənclər Mərkəzinin açılışında iştirak edib. Gənclər Mərkəzi yenidən qurulan istirahət parkında yerləşir. Ərazisi 2,3 hektar olan parkda yenidənqurma işlərinə 2014-cü ilin sonunda başlanılıb. Parkda yenidənqurma işləri çərçivəsində inşa olunan üçmərtəbəli Gənclər Mərk...
Hakimiyyət
Xətai rayonunun icra başçısı vəzifəsindən azad edildi Bakucity.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.  Sərəncama əsasən, Razim İsa oğlu Məmmədov Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Qeyd edək ki, R.Məmmədov 2006-cı ilin sentyabrın 26-da Xətai rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin ol...
Biznes
Bu il paytaxtda fəaliyyətə başlayan obyektlər. Artıq 2018-ci ilin son ayını yaşayırıq. Bu il Bakıda bir-birindən əhəmiyyətli obyektlərin açılışı və istifadəyə verilməsi ilə yadda qalıb. Müxtəlif fəaliyyət sahələri üzrə istismar ediləcək bu məkanlar həm şəhərin gözəlliyinə gözəllik qatacaq, həm də sakinlərin xidmətində duracaqlar. Bakucity.az 2018-ci ildə Bakıda fəaliyyətə başlayan ən əhəmiyyətli obyektlərin onluğunu hazırlayıb. Siyahını təqdim edirik.  1....
Hadisələr
O, qızı vuraraq qatardan platformaya salıb Bakucity.az xəbər verir ki, metronun “Nizami” stansiyasında sərnişinlər arasında dava ilə bağlı rəsmi açıqlama verilib. Bunu da oxu: Bakıda möhtəşəm bazar açılacaq - FOTOLAR Daxili İşlər Nazirliyinin rəsmisi Orxan Mansurzadə bildirib ki, bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə bu il dekabrın 6-da axşam saatlarında metronun “Nizami” stansiyasında sərnişinlər arasında dava düşməsi, nəticədə...
Hakimiyyət
Əmr imzalanıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakı şəhəri üzrə 10 tibbi-sosial ekspert komissiyalarının (TSEK) ləğv edilməsi ilə bağlı əmr imzalayıb.  Bakucity.az unikal.org-a istinadən xəbər verir ki, nazirin digər müvafiq əmri ilə Bakı şəhəri üzrə 10 tibbi-sosial ekspert komissiyaları (TSEK) bundan sonra 5 tibbi-sosial ekspert komissiyası kimi fəaliyyət göstərəcək.  Səbail, Yasamal, Nəsimi Binəqədi, Qaradağ Nizami, Xətai, Nərimano...
Ekologiya
Dekabrın 13-nə gözlənilən hava şəraiti açıqlanıb Hidrometeorologiya Departamentdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 10-12 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 765...
Siyasət
Ermənistan Xarici İşlər Nazirliyi açıqlama verib Ermənistan nümayəndəsi Bakıda keçiriləcək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv ölkələrin xarici işlər nazirlərinin 39-cu toplantısında iştirak edəcək. Oxu.Az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bununla bağlı məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan məlumat verib. Onun sözlərinə görə, Yerevanı bu toplantıda Xarici İşlər Nazirliyinin çoxtərəfli və...
Biznes
Bazar həm də tarixi memarlıq əsəri kimi qorunacaq Bakucity.az xəbər verir ki, bir müddətdir ki, Şərq bazarı yenidən qurulur.  Bunu da oxu: Bakı merinin qardaşına yüksək vəzifə verildi - ƏMR Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov görülən işlərlə bağlı bildirib ki, tikili ölkənin gözəl memarlıq abidələrindən biridir və milli üslubunun qorunması şərti ilə rekonstruksiya olunacaq: "Hazırda rekonstruksiya işlərinin layihələndi...
Ekologiya
Temperatur rejimində mühüm bir dəyişiklik gözlənilmir Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında bildirib ki, dekabrın 14-ü gecə və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Onun sözlərinə görə, dekabr ayının 15-16-da hava şəraitin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır: "Növbəti günlərdə temperatur rejimində mühüm bir dəyişiklik gözlənilmir". Bakucity.az