Bakıda keçiriləcək bal yarmarkasının yeri dəyişdirildi

Bakıda keçiriləcək bal yarmarkasının yeri dəyişdirildi

Yeni ünvan bəlli oldu

 Bu il oktyabrın 5-dən 28-nə qədər Bakının Xətai rayonunda, Nobel prospekti, 23 ünvanında (“A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) keçirilməsi planlaşdırılan Arıçılıq Məhsullarının Respublika Sərgi-Satış Yarmarkasının yeri dəyişdirilib. 

Bakucity.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, yarmarka paytaxtın Nərimanov rayonunda, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində) təşkil olunacaq. 

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər