Bakının bəzi küçə və prospektlərində rənglənmə işləri aparılacaq

Bakının bəzi küçə və prospektlərində rənglənmə işləri aparılacaq

İşlər sentyabrın 13-nə qədər yekunlaşdırılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə paytaxtın Parlament prospektində üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən SalamNews-a bildirilib ki, işlər axşam saatlarına qədər yekunlaşdırılacaq.

Həmçinin saat 22:00-dan başlayaraq Rixard Zorge, Kövkəb Səfərəliyeva və A.Puşkin küçələrində üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri görüləcək. Bu işlər sentyabrın 13-ü səhər saatlarına qədər yekunlaşdırılacaq.

Sürücülərdən həmin yollarda diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər