Bakı-Böyük Kəsik yolu əsaslı təmir olunur

Bakı-Böyük Kəsik yolu əsaslı təmir olunur

7 ədəd yeni yoldəyişən qurğu quraşdırılır

Bakucity.az Trend-ə istinadən xəbər verir ki, dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.

Azərbaycan Dəmir Yolları QSC-dən  verilən məlumata görə, hazırda Dəliməmmədli stansiyasında 7 ədəd yeni yoldəyişən qurğu quraşdırılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir.

Xatırladaq ki, ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb və bu günə kimi 206 yoldəyişən yenisi ilə əvəz olunub.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər