Bakı-Quba yolunda zəncirvari qəza baş verib

Bakı-Quba yolunda zəncirvari qəza baş verib

3 maşına ciddi ziyan dəyib

Səhər saatlarında Bakı-Quba yolunda yol qəzası baş verib.

Bakucity.az "Report"a istinadən xəbər verir ki, Xırdalan-Masazır dairəsinin üzərindəki körpüdə "Mercedes" markalı avtomobil BMW-yə, digər "Mercedes" isə arxadan ona çırpılıb.

Hər 3 maşına ciddi ziyan dəyib. Hadisə yerinə sığorta və polis işçiləri cəlb olunub.

Qəza nəticəsində yolda tıxac yaranıb. Hazırda DYP əməkdaşları yolda maşınların hərəkətini tənzimləyir.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər