Bakının işğaldan azad olunmasına həsr edilmiş simpozium - Foto

Simpzium sentyabrın 16-na qədər davam edəcək

Sentyabrın 13-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun və Türkiyənin Atatürk Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə “Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti - Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu” mövzusunda beynəlxalq simpozium işə başlayıb.

Bakucity.az xəbər verir ki, tədbir Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” sərəncamlarına əsasən təşkil edilib. Simpozium Azərbaycanın Milli Ordusunun Qafqaz İslam Ordusu ilə birlikdə Bakını daşnak-bolşevik işğalından azad etmələrinin 100 illiyinə həsr olunub.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, alimlər, ictimaiyyətin nümayəndələri iştirak edirlər.

Simpoziumun açılış mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, türk-müsəlman Şərqində ilk parlamentli respublika olan Xalq Cümhuriyyəti dünya tarixinin ən demokratik dövlət qurumlarından biridir. 1918-ci il sentyabrın 15-də Bakı şəhərinin erməni-bolşevik işğalından azad edilməsi Azərbaycan tarixinin ən şanlı hadisələrindəndir

Sentyabrın 16-dək davam edəcək tədbirdə Azərbaycan, Türkiyə və digər ölkələrdən olan alimlərin məruzələrinin dinlənilməsi nəzərdə tutulub. Həmçinin Azərbaycan tarixçilərinin “Qafqaz İslam Ordusunun formalaşmasında və fəaliyyətində Azərbaycan milli hərbi qüvvələrinin rolu”, “Osmanlı imperiyasının xarici siyasətində İrəvanın ermənilərə verilməsi məsələsi”, “Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin Gəncə dövrü: iyun böhranı”, “Azərbaycan Xalq Cümhuriyyəti dövlət xadimlərinin Bakının azad edilməsində siyasi-diplomatik mübarizəsi”, “Böyük dövlətlərin Bakını ələ keçirmək siyasəti Almaniyanın arxiv sənədlərində”, “Bakı nefti və Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyinin tanınması məsələsi” və digər mövzularda məruzələri dinləniləcək.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
Rəqs etmək arıqlamağa, bədənin formada qalmasına kömək edir. İnsanlar gözəl musiqi sədaları altında hər yerdə rəqs edə bilirlər. Bəziləri sadəcə özləri üçün, necə bacarırlarsa elə oynayırlar, digərləri isə öyrənmək üçün rəqs məktəblərinə üz tuturlar.  Bakucity.az oxucular üçün Bakıda rəqs məktəblərini və rəqs üslublarını seçərkən nələrə diqqət etməli olduqları haqda vacib məqamları  araşdırıb Məşqçi: "Rəqs dərslərinə xarici vətəndaşlar daha çox gəlir" Araş...
Hakimiyyət
Dövlət başçısı avtomobil yolun açılışında iştirak edib. Prezidenti İlham Əliyev aprelin 23-də Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib. Bakucity.az  xəbər verir ki, Prezident İlham Əliyev sakinlərlə görüşüb. Sonra Mərdəkan-Qala avtomobil yolunun tikintisi layihəsi barədə məlumat verilib. Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib. Sonda xatirə şəkli çəkdirilib. Bunu da oxu: Prezident Bakıda yol ti...
Cəmiyyət
Aprelin 26-da müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. Bakucity.az xəbər verir ki, paytaxtın Nizami və Nərimanov rayonları üzrə səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi ilə bağlıdır. Qəbulda müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq müzakirə ediləcək.  Bunu da oxu: Bakıda uşaq bağçalar...
Mədəniyyət
“Bakı Marafonu-2019”-a qeydiyyatdan keçənlərin sayı 15 min nəfərə çatıb. Bakucity.az xəbər verir ki, bu barədə mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçiriləcək yarışın “Facebook” səhifəsində bildirilib.  Yarışda iştirak etmək istəyən 16 yaşdan yuxarı şəxslər mayın 1-dək Bakı şəhərinin ticarət mərkəzlərindəki (“28 Mall”, “Gənclik Mall”, “Port Baku Mall”) qeydiyyat məntəqələrinə və ya “Bakı Marafonu-2019”un saytına (www.baku.marathon.az) müra...
İdman
Sessiyalar üç günü əhatə edəcək.  Bakucity.az xəbər verir ki, “Formula-1” üzrə SOCAR Azərbaycan Qran-Prisinin proqramı və komandaların pilotlarının avtoqraf sessiyalarının vaxtı açıqlanıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin açıqladığı məlumatda təqvim belədir: 26 aprel 11:10–11:30 Maks Ferstappen və Pyer Qasli (“Red Bull”) 11:30–11:50 Sebastyan Fettel və Şarl Lekler (“Ferrari”) 11:50–12:10 Daniel Rikkardo və Niko Hülkenberq (“Renault”) 27 aprel 11:20–...
Cəmiyyət
Bağça və uşaq evlərinin rəhbərlərinə ciddi xəbərdarlıq edilib. Bakucity.az xəbər verir ki, sözügedən xəbərdarlıq uşaqların qəbulunda neqativ hallara yol verilməməsi ilə bağlıdır.  Bununla bağlı Bakı Şəhər İcra hakimiyyətində paytaxtın məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin rəhbərlərinin iştirakı ilə bu müəssisələrdə təlim-tərbiyə işlərinin keyfiyyətinin yüksəldilməsi, uşaqların müəssislərə qəbulunda şəffaflıq və digər məsələlərə həsr olunmuş mü...
Biznes
Paytaxta ən ucuz avtomobilin qiyməti neçə manatdır? Bakucity.az saytı bununla bağlı  qiymətləri araşdırıb. Məlum olub ki, hazırda Bakıda ən ucuz avtomobil 500 manata satılır.  Turbo.az saytındakı elana görə,1980-ci il istehsalı olan ağ rəngli “Moskviç”1.5 L mühərrik həcminə malikdir. Sözügedən avtomobil  benzinlə işləyir və indiyədək 300 000 km yürüş edib. Avtomobilin qiyməti 500 manatadır. Elanda verilən məlumata görə, avtomobil yaxşı vəziyyətdədir. Bakuc...
Ekologiya
Bakıda ən soyuq aprel ayı 1911-ci ildə qeydə alınıb. Bakucity.az xəbər verir ki, bu zaman Bakıda havanın minimal temperaturu 4 dərəcə şaxta təşkil edib. Paytaxtda ən isti isti aprel ayları 1951, 1975, 2000-ci illərdə qeydə alınıb. Bakucity.az
Cəmiyyət
Paytaxt məktəblərindəki Kitabxanaçılar klubunun üzvləri ilə görüş keçirilib. Bakucity.az xəbər verir ki, Məktəb-Lisey Kompleksində keçirilən görüşün əsas məqsədi kitabxana işinin düzgün formalaşdırılmasına dəstək vermək olub.  Kitabxanaçılar klubunun fəaliyyəti məktəblərdə kitabxana işinin düzgün təşkili üzrə mentorluğa ehtiyacı olan kitabxana işçilərinə müvafiq dəstəyin göstərilməsi, kitabxanadaxili və kitabxanalararası öyrədici mühitin təkmilləşdirilməsi...