Babək prospektindəki iş adamları narazıdır

“Azərsu” ASC kənar müdaxilənin qarşısını almalıdır

İstehlakçı hüquqlarını bu sahədə həyata keçirən orqan kimi “Azərsu” ASC kənar müdaxilənin qarşısını almalıdır.

Sputnik Azərbaycan xəbər verir ki, Xətai rayonu Babək prospekti 2334-cü məhəllədə olan mağaza sahibləri çıxılmaz vəziyyətə düşüb. Bu barədə Sputnik Azərbaycan-a bir qrup iş adamı müraciət edib. Onların 4 ildən artıqdır istifadə edib və nizamlı şəkildə xidmət haqqını ödədikləri kanalizasiya xəttini bağlayıblar. Mağaza sahibləri iddia ediblər iki aydan artıqdır ki, bu problemlə qarşı-qarşıyadırlar.

Şikayətçi İsmayılov deyib ki, kanalizasiya sistemi başqa bir mağaza sahibi tərəfindən bağlanıb: “İki ay əvvələ qədər hər şey qaydasında idi. Hətta prospekt təmir ediləndə belə, kanalizasiya sisteminə toxunulmamışdı. Su boruları sıradan çıxmışdı, özümüz təmir etdirdik. Bir müddət əvvəl qonşu mağaza sahibi gəlib dedi ki, “kanalizasiya xəttini təmir etdirmişəm, 6000 manat xərc çəkmişəm, siz 4 mağaza sahibi də yığın, mənim pulumu verin, xəttə qoşulun”.

“Qeyd edək ki, biz 4 il “Azərsu”nun kanalizasiya sisteminə qoşulmuşuq və haqq ödəmişik. Hətta "Azərsu" ASC-dən "texniki şərt" də almışam. Hazırda isə iki aydır bizim kanalizasiya sularımız, demək olar ki, küçəyə axır" – deyə şikayətçi əlavə edib.

A.İsmayılov bildirib ki, məsələ ilə bağlı Xətai Rayon Su İdarəsinə və “Azərsu” ASC-nin qaynar xəttinə müraciət edib. Və hər dəfə "məsələyə baxılacaq" cavabını alıb.

Çarəsiz vəziyyətdə qalan iş adamları məsələ ilə bağlı Nizami Rayon 23-cü polis bölməsinə də müraciət ediblər.

Şikayətçilər sual ediblər ki, əgər kanalizasiya xətti bərpa edən şəxsə aiddirsə, “Azərsu” ASC-onlara niyə "texniki şərt" verib və 4 il müddətində xidmət haqqı alıb.

Məsələ ilə bağlı əvvəlcə kanalizasiya xəttini kəsdiyi deyilən Azər Bəxşəliyevlə əlaqə saxladıq. Bəxşəliyev bildirdi ki, kanalizasiya xəttini özü çəkdirdiyi üçün onun özünə məxsusdur: "Bütün xərclərini özüm çəkmişəm. Xətti yeniləyən zaman isə onlara müraciət etdim. Kimsə xərcə düşmək istəmədi. Bu xətt əvvəldən mənimdir. Əvvəllər həmin ərazidə bir yaşlı kişi var idi, kafe işlədirdi. Ona xəttə qoşulmağa icazə vermişdim. O da məndən xəbərsiz bu mağazalara xətt verib. Həmin mağazalar 10 ildir ki, mənim kanalizasiya xəttimdən istifadə ediblər”.

“Xətti yenilədim, təkcə traktora 1700 manat pul vermişəm. 150-200 metr xətti yenidən çəkmişəm. Xətti yeniləyəndə yaxın durmadıqları üçün onlara xəttə qoşulmağa icazə vermirəm. Kanalizasiya xətti mənimdir, “Azərsu”nun deyil. Təklif edirəm ki, “Azərsu”dan da gəlsinlər, mağaza sahibləri də və xəttin mənim olduğunu sübut edim” – deyə A.Baxşəliyev vurğuladı.

Məsələ ilə bağlı məlumat almaq üçün Xətai Rayon Su İdarəsi ilə əlaqə saxladıq. Telefonumuza cavab verən şəxs özünü təqdim etmədən sualımızı dinlədi, "araşdıracağıq" — deyib dəstəyi asdı.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bildirdi ki, A.Bəxşəliyevlə qurumun əməkdaşları görüşüb: "O, qonşu mağazaların sahiblərinə bildirib ki, Babək prospektində su-kanalizasiya sistemi, yol yenilənir, kanalizasiya xətti tez-tez tutulur, yığılıb xətti genişləndirsinlər. Lakin mağaza sahibləri yaxın durmayıblar. Şəxs də öz vəsaiti hesabına həmin xətti bərpa edib. İndi də qonşuları həmin xəttə qoşulmağa qoymur. Bizim əməkdaşlarımız ona müraciət edib. O da icazə verməyəcəyini bildirib”.

A.Cəbrayıllı onu da qeyd etdi ki, hazırda Xətai Rayon Su İdarəsi hüquq mühafizə orqanlarına məktub hazırlayır: “Həmin qurumun iştirakı ilə şikayətçi şəxslərin xəttə qoşulması bərpa ediləcək. Yaxşı olar ki, vətəndaşlar özləri də hüquq mühafizə orqanlarına müraciət etsinlər. Çünki ərazidə kanalizasiya quyusuna qədər xətt bizimdir. Quyudan o tərəfə isə vətəndaşların öz xətləridir. Biz də müdaxilə edirik, məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib. Və onların iştirakı ilə məsələnin həll edilməsi nəzərdə tutulur. Bu, sadəcə vətəndaş özbaşınalığıdır".

Məsələyə hüquqşünas Səməd Vəkilov da aydınlıq gətirdi. Bildirdi ki, bu məsələ "Su təchizatı və tullantı suları haqqında" qanunun 34-cü maddəsi ilə tənzimlənir: “Həmin maddəyə görə, kanalizasiya müəssisələrinin əsas vəzifəsi tullantı sularının nəqli, təmizlənməsi, zərərsizləşdirilməsi və ətraf mühitə və ya su hövzələrinə axıdılmasıdır. Həmçinin qurum ümumi istifadədə olan kanalizasiya qurğularının genişləndirilməsi və yenidən qurulmasını təmin etməli, onlara texniki xidmətlər göstərməlidir. Bununla yanaşı, məsul qurum kanalizasiya sistemlərindən ətraf mühitə tullantı sularının sızmasını aradan qaldırmalı və əvvəlcədən qarşısını almaq üçün tədbirlər görməlidir”.

"Su təchizatı və tullantı suları haqqında qanuna əsasən, Kanalizasiya sistemlərinin fəaliyyətinə dövlət nəzarət edir. Bildiyiniz kimi, bu sahədə dövlət proqramlarını “Azərsu” ASC həyata keçirir" – hüquqşünas qeyd etdi.

Vəkilovun sözlərinə görə, bu, həm də istehlakçı hüquqlarının kobud şəkildə pozulmasıdır. İstehlakçı hüquqlarını bu sahədə həyata keçirən orqan kimi “Azərsu” ASC kənar müdaxilənin qarşısını almalıdır.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Vətəndaşlar şənbə və bazar günlərində şəxsi bağ evlərinə gedə bilərlər? Xəbər verdiyimiz kimi iyunun 6-dan iyunun 8-i saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. Qadağaya əsasən, insanlar küçəyə çıxa bilməz və səyahət etməməlidirlər. Bəs vətəndaş bir evindən digərinə, bağ evlərinə gedə bilərmi? Həmçinin oxu: İki günlük qadağada zibil də atmaq olmaz - RƏSMİ BakuCity.az xəbər verir ki...
Kriminal
Ölü at ətini Bakıdakı iaşə obyektlərinə satan şəxslər həbs edildi. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. BakuCity.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat zamanı Biləsuvar rayonunda ət tədarükü mən...
Biznes
Azərbaycanda daxili reyslərin bərpa ediləcəyi vaxt açıqlanıb.  Azərbaycanda karantin müddəti may ayının 31- ə qədər davam edəcək. Koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycan hava yolları bütün uçuşları dayandırıb. Bəs yaxın zamanlarda daxili reyslər bərpa oluna bilərmi? BakuCity.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” (AZAL)-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənli bu barədə hafta.az-a danışıb. P.Kəsəmənli bildirdi ki, Nazirlər Kabineti...
Cəmiyyət
İki günlük qadağa müddətində vətəndaşlara yalnız iki halda küçəyə çıxmaq icazəsi verilib. Bu gün gecə saat 00:00-dan etibarən 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində hərəkətinə icazə verilmiş şəxslərdən başqa vətəndaşların olduğu yeri tərk etməsinə icazə verilmir. BakuCity.az xəbər verir ki, bu qərarın icrasına da Daxili İşlər Nazirliyi nəzarət edəcək. Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovnik...
Ekologiya
6 iyunda gözlənilən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi gecə və səhər  arabir güclənəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 17-20, gündüz  24-28, Bakıda  gecə 18-2...
Kriminal
Bakıda tələbə qız özünü 18-ci mərtəbədən bu səbəbə görə atıbmış.  Dünən gecə saatlarında intihar edən qız Azərbaycan Dövlət Pedaqoji Universitetinin 3-cü kurs tələbəsi olub. BakuCity.az xəbər verir ki, bu barədə məlumatı ADPU-nun rektor müşaviri Ümid Mehdiyev verib. Ü,Mehdiyev bildirib ki, 21 yaşlı Nağıyeva Günel Bəhram qızı universitetdə ödənişsiz əsaslarla təhsil alırdı: “Heç bir kəsri yox idi, nümunəvi tələbə kimi xarakterizə olunurdu. Həmçinin oxu: Bak...
Hadisələr
Bakının Binəqədi rayonunda 10 mərtəbəli binada yanğın olub.  BakuCity.az xəbər verir ki, hadisə yerinə 4 yanğınsöndürən maşını cəlb olunub.  Qonşuların dediyinə görə ev ailənin 6 yaşlı övladınin ehtiyatsızlığından yanıb. Mənzilin özəl klinikalardan birində çalışan tanınmış həkimə məxsus olduğu bildirilir. (milli.az) BakuCity.az
Cəmiyyət
"Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyətli cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı". Bu təklif BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə hazırlanmış "Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyətli cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı"nın layihə sənədində qeyd ed...
Cəmiyyət
Azərbaycanda bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyətə başlayacağı tarix dəqiqləşib. BakuCity.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov BAKU.WS-ə bildirib ki, dərslərin bu ilin sentyabr ayında başlaması nəzərdə tutulub: "Nazirlər Kabineti bundan əvvəl qərar vermişdi ki, tədris və təlim-tərbiyə prosesi mayın 31-dək dayandırılsın. Bun...