Azərbaycan "Formula 1" Qran-Prisinin müddəti uzadılır

Azərbaycan "Formula 1" Qran-Prisinin müddəti uzadılır

Müddətin uzadılması ilə bağlı danışıqlara başlanılıb

Bu barədə Oxu.Az-a “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya Departamentinin rəhbəri Nigar Arpadarai bildirib.

BŞH rəsmisi vurğulayıb ki, FIA ilə bağlanılacaq yeni müqavilənin müddəti bilinmir:

“Hazırda 2025-ci ilədək müddəti əhatə edən yeni müqavilə ilə bağlı danışıqlar gedir. Ancaq ola bilsin ki, müqavilənin müddəti üç illik də olsun”.

Bu mövsüm Azərbaycan Qran-Prisinin titul sponsoru da ola bilər:

“Çalışırıq ki, Azərbaycan Qri-Prisinin ana sponsoru da olsun. Bunun üçün dünyada tanınan şirkətlər olmalıdır. Yəni həmin şirkətlər tək Azərbaycan çərçivəsində tanınmamalıdır”.

Qeyd edək ki, gələn mövsümün ilkin təqvimində Azərbaycan Qran-Prisinin 26-28 apreldə təşkili nəzərdə tutulub.   

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər