Bakıda fövqəladə hallara uşaqların hazırlığı müzakirə edilib - Foto - bakucity.az

Bakıda fövqəladə hallara uşaqların hazırlığı müzakirə edilib - Foto

Konfransda həmçinin “Gənc xilasedici” filmi nümayiş olunub

FHN-dən Bakucity.az-a verilən məlumata görə, konfransda fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbərinin müavini Min Yuan, Fövqəladə Hallar, Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Qırımızı Aypara Cəmiyyətinin, Beynəlxalq Avrasiya Mətbuat Fondunun məsul əməkdaşları, BMT-nin, BMT İnkişaf Proqramının, UNİCEF-in, Ümümdünya Səhiyyə Təşkilatının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, Beynəlxalq Kənd Təsərrüfatı və Qida Fondunun, digər nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Konfransın açılış mərasimində çıxış edən fövqəladə hallar nazirinin müavini F.Tağı-zadə bildirib ki, FHN yarandığı gündən fəlakətlərə hazırlıq və cavab tədbirləri üzrə potensialın artırılması və bu mənada uşaq yönümlü fəaliyyətlərə xüsusi diqqət ayırıb. Nazirlik qeyd olunan sahələr üzrə beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq etmiş və BMT-nin Uşaq Fondu ilə birgə təşkil olunmuş bu tədbir də sözügedən fəaliyyətin bariz nümunəsi sayıla bilər. Nazir müavini konfrans iştirakçılarına müvəffəqiyyət arzulayıb.

UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan BMT-nin Azərbaycan hökuməti ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb və FHN-nin fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına yönəlik layihələrini dəstəklədiyini diqqətə çatdırıb. O, bu tədbirin uşaqları fövqəladə hadisələrə hazırlamaq baxımından böyük əhəmiyyət daşıdığını bildirib, digər nazirliklərin də belə layihələrə qoşulacağına ümidvar olduğunu söyləyib.

FHN-nin İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva fövqəladə hallar zamanı düzgün davranış qaydalarının vətəndaşlara uşaqlıqdan aşılanmasının vacibliyini bildirib, uşaqların maarifləndirilməsi, fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması istiqamətində görülmüş işlərdən danışıb.

Konfransda FHN və UNİCEF-in birgə təşkilatçılığı ilə keçirilmiş “Gənc xilasedici” beynəlxalq yarışlarına həsr edilmiş film nümayiş olunub.

Sonra konfrans çərçivəsində mövzuya dair sessiyalar keçirilib. Sessiyalarda fövqəladə hallara uşaq yönümlü hazırlıq və cavab tədbirləri sahəsində potensialın artırılmasına dair çıxışlar dinlənilib, səmərəli fikir mübadiləsi aparılıb.

Konfransın sonunda UNİCEF-in Azərbaycan nümayəndəliyi rəhbərinin müavini Min Yuan və FHN İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini Məhbubə Mustafayevə tədbir iştirakçılarına təşəkkür edib, gələcəkdə də sözügedən məsələylə bağlı layihələrin reallaşdırılması istiqamətinə səmərəli əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduqlarını bildiriblər.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
Ağ-qara fotolarda Xəzər sahilləri əks olunub Bakucity.az xəbər verir ki, ötən gün paytaxtda tanınmış fotoqraf Rüstəm Hüseynovun “Qum dalğaları” fotosərgisinin açılışı keçirilib.  Emin Qəhrəmanov Sənət Qalereyasında keçirilən sərgidə Rüstəm Hüseynovun yeni əsərləri nümayiş olunub.  Fotoqrafın çəkdiyi fotolarda isti yay günləridə Abşeron çimərliklərindən mənzərələr yer alıb.  Foto: Ceyhun Rəhimzadə Bakucity.az
Hadisələr
Bakıda mənzildən iki nəfərin meyiti tapılıb Bakucity.az  xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.  Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1942-ci il təvəllüdlü Məmmədova Esmira...
Hadisələr
Binəqədi rayonunda intihar hadisəsi olub Bakucity.az  xəbər verir ki, ötən gün gecə saatlarında Binəqədi rayonu, X.Hüseynov küçəsində yaşayan 1994-cü il təvəllüdlü Fərhad Eldar oğlu Quliyev evdə dərman içərək intihar edib. İlkin məlumatlara görə, onun intihar etməsinə səbəb nişanlısından ayrılması olub. Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanıb. (oxu.az)...
Hadisələr
“İnstagram”da tanış olub paytaxtda oğurluqlar etdilər Bakucity.az xəbər verir ki, Maştağa qəsəbəsində xüsusi texniki avadanlıqlarla qorunan marketlərdən birində gecə saatlarında oğurluq hadisəsi baş verib. Sabunçu Mühafizə İdarəsinin hadisə yerinə yollanan əməkdaşları obyektin qapısının sındırıldığını görüblər. Bu vaxt həmin ərazidən “Moskviç 21 406” markalı avtomobilin uzaqlaşması polislərdə şübhə oyatdığından həmin nəqliyyat vasitəsini təqib edərək saxla...
Hadisələr
Paytaxtda qanunsuz fəaliyyət göstərən çörək sexi aşkarlanıb Bakucity.az xəbər verir ki, Qəmbərov Ələkbər Zaid oğluna məxsus sex Binəqədi rayonu, Yəhya Hüseynov küç, ev 98 ünvanında yerləşir. Qanunsuz fəaliyyət göstərən çörək sexində sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb. Müəyyən edilib ki, sexdə istifadə olunan xammalların mənşəyi məlum deyil, eləcə də temperatur rejimi gözlənilmədən saxlanılır, hazır məhsul...
Ekologiya
Paytaxtda iyulun 20-nə gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-34, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-65, g...
Hadisələr
Ağ şəhər ərazisində qadın intihara cəhd edib Bakucity.az  xəbər verir ki, hadisə ərazidəki yaşayış komplekslərindən birində qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedici briqadası cəlb edilib.  Xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları qadınla danışıqlar apararaq, onu intihar fikrindən daşındırmağa nail olublar. Qadının intihara niyə cəhd etdiyi isə hələ bilinmir. (Oxu.az) Bakucity.az
Hadisələr
Bakı-Ələt-Astara yolunda ağır yol qəzası baş verib.  Bakucity.az xəbər verir ki, yolun Qaradağ rayonu ərazisindən keçən hissəsində “VAZ 2107” markalı avtomobil “KaMAZ” markalı yük maşınına çırpılıb.  Qəza nəticəsində 27-BH-978 dövlət qeydiyyat nişanlı “VAZ 2107”-nin sürücüsü,1988-ci il təvəllüdlü Ağamalıyev Qürbət Novruz ağır xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.  Avtomobildə olan digər sərnişin Cəfərov Lətif Razı oğlu hadisə yerində və...
Cəmiyyət
Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək Bakucity.az xəbər verir ki, bu, Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlıdır.  Qrumun bununla bağlı əməliyyat planı yarışların əhatə dairəsi, keçiriləcəyi məkanlar, həmçinin qonaqların hərəkət edəcəyi əsas istiqamətlər nəzərə alınmaqla tərtib olunub. Qatarların hərəkətinin təşkili və sərnişin axınının tənzimlənməsinə cavabdeh olan bütün sahələrə müvafiq tapşırıqlar ve...