Bakının yeriyən pilləkən dərdi

Bakının yeriyən pilləkən dərdi

Yeraltı keçitlərdə eskalator problemi mövcuddur

Bakucity.az xəbər verir ki, Paytaxt küçələrinin əksər yeraltı keçidlərində eskalator problemi mövcuddur. Bakıda piyadaların təhlükəsizliyini təmin etmək üçün bir çox küçə və prospektlərdə yeraltı keçidlərin tikilməsinə baxmayaraq, quraşdırılan keçidlərdə eskalatorlar işləmir. 

Eskalatorların yararsız vəziyyətə düşməsi insanların bu keçidlərdən istifadəsini çətinləşdirir.

Belə işləməyən eskalatorlardan biri də Mərkəzi Bankın qarşısındakı keçiddədir və son bir ildən çox müddətdir ki, eskalatorun işlək olmaması sakinlərdən başqa heç kimi maraqlandırmır.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər