Bakıda Milli musiqi günü metrostansiyalarda qeyd ediləcək

Bakıda Milli musiqi günü metrostansiyalarda qeyd ediləcək

Budəfəki proqramda canlı musiqi olacaq

"Bakı Metropoliteni" QSC, ənənəsinə sadiq qalaraq, 18 Sentyabr – Milli Musiqi Gününü xüsusi layihə ilə qeyd edəcək. Bu barədə Bakucity.az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sentyabrın 18-də sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramları təşkil olunacaq.

Musiqi proqramına milli və klassik musiqi nümunələri daxildir. Budəfəki proqramda canlı musiqi "İçərişəhər", "Sahil", "28 May" və "Elmlər Akademiyası" stansiyalarında müxtəlif saatlarda səsləndiriləcək. Belə ki, “İçərişəhər” stansiyasında saat 11:00-12:30, “Sahil” stansiyasında saat 12:00-13:30, “28 May” stansiyasında saat 13:00-14:30 və “Elmlər Akademiyası” stansiyasında isə saat 14:00-15:30. Arası olacaq.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər