Bakıda İndoneziya Mədəniyyət Festivalı keçirilib

Bakıda İndoneziya Mədəniyyət Festivalı keçirilib

Bakıda keçirilən İndoneziya Mədəniyyət Günləri davam edir

Bakucity.az xəbər verir ki, sentyabrın 13-də Heydər Əliyev sarayında Mədəniyyət Günləri çərçivəsində İndoneziya Mədəniyyət Festivalı keçirilib, paytaxtın sakinləri, qonaqları bu ölkənin ənənəvi musiqisi, rəqsləri və dəbi ilə tanış olmaq imkanı qazanıblar.

Belə ki, İndoneziyanın "Tubaba Pakem" qrupu Sumatra adasının ənənəvi rəqsi olan, tarixən krallar və xüsusi fəxri qonaqlar qarşısında, indi isə İndoneziya toylarında və ya digər vacib mərasimlərdə oynanılan "Sembah Sigeh" rəqsini tamaşaçılara nümayiş etdirib. 

Azərbaycan Dillər Universitetinin İndoneziya Mərkəzinin rəqs qrupu isə "Cecer Qandrunq" ənənəvi məhsuldarlıq rəqsini, Yava adasından ənənəvi "Rampak Kindanq" rəqsini və "İnqqanq" rəqsini ifa edib.

Festival çərçivəsində həmçinin indoneziyalı müğənni Ameliya Onq caz kompozisiyalarını ifa edib, modellərin ənənəvi milli geyimləri sərgilədiyi moda nümayişi keçirilib.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
AzTV ikinci Qarabağ müharibəsinin ilk xanım şəhidi, hərbi tibb qulluqçusu Arəstə Baxışova haqda süjet hazırlayıb. BakuCity.az xəbər verir ki, süjetdə yaralı hərbçilərimizi döyüş meydanından çıxararkən şəhid olan Arəstənin ailə üzvləri onunla bağlı xatirələrini bölüşüb. Şəhidin anası Məktubə Baxışova qızının cəbhəyə könüllü olaraq getdiyini bildirib: “Dedi ki, “ana mən hərbiyə getmək istəyirəm. Uşaqlarım sənə əmanət. Vətən uğrunda ş...
Cəmiyyət
Bağçalarda təlim-tərbiyə hələ ki, bərpa edilmir. BakuCity.az xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. Onun sözlərinə görə, bağçalarda onlayn təhsil mümkün olmadığına görə tədris bərpa edilmir: "Amma bağça və məktəbəqədər müəssisələr istəyərsə öz təşəbbüsləri ilə onlayn təhsil verə bilərlər". BakuCity.az
Cəmiyyət
Xankəndidə ermənilərin silah anbarı məhv edilib. BakuCity.az-ın təqdim etdiyi videoda Xankəndidə ermənilərin silah anbarının partladılması və yanması görüntüləri yer alıb. Videonu təqdim edirik. BakuCity.az
Cəmiyyət
Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən haqqında cinayət işi açılan 1985-ci il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı, “WarGonzo” layihəsinin yaradıcısı Semyon Peqov yenidən işğal edilən Xankəndi şəhərinə qayıdıb. BakuCity.az xəbər verir ki, bu haqda o, özünün Facebook səhifəsində canlı yayımı zamanı deyib. Peqov hazırda Xankəndi şəhərinə gəldiyini, ətrafda atəş səsləri eşidildiyini istifadəçilərinə çatdırır. Qeyd edək ki, Peqov Ermənistan...
Cəmiyyət
Azərbaycan Ordusu uğurlu döyüşlər aparır. Biz müharibə edirik, düşməni öz ərazilərimizdən vurub çıxarırıq. Ordumuzun addımlarını müsbət qiymətləndirirəm. Azərbaycan Ordusu irəliləyir və qarşısına qoyulan məqsədləri inamla həyata keçirir. BakuCity.az xəbər verir ki, bu fikirləri Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı deyib. O, bəyan edib...
Cəmiyyət
Ermənistan atəşi nəticəsində Goranboy rayonunun Tap kəndində daha bir dinc sakin həlak olub. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında etdiyi paylaşımda bildirib. Hikmət Hacıyev bildirib ki, raket həmin şəxsin evinin damına düşüb. “Ermənistanın hərbi cinayətləri davam edir”. Now. One more civilian was killed by Armeni...
Cəmiyyət
Azərbaycanda bu gün koronavirus infeksiyasına 1015 yeni yoluxma faktı qeydə alınıb, 483 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 9 nəfər COVID-19-dan vəfat edib. BakuCity.az
Cəmiyyət
"Boş ümidlərə qapılmayın, ordumuz Azərbaycan qarşısında dayana bilməz". Erməni xalqı boş ümidlərə qapılmasın. Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri qarşısında dayana bilməz. BakuCity.az xəbər verir ki, bu barədə Ermənistanın “Adekvad” hərəkatının təsisçisi Konstantin Ter-Nakalyanın erməni xalqına müraciətində deyilir. Onun sözlərinə görə, Ermənistan yorucu müharibə ssenarisindədir: “Bunun əbədi davam edəcəyinə dair boş ümidlərə qapılmayın. Azərbay...
Cəmiyyət
Şücaət göstərən hərbçiyə mənzil hədiyyə olunub. “Cavid-2016” MMC işğal altında olan torpaqların azad edilməsi uğrunda keçirilən hərbi əməliyyatlarda şücaət göstərən hərbçiyə mənzil hədiyyə edib. BakuCity.az xəbər verir ki, oktyabrın 27-də şirkətin ofisində keçirilən təqdimatda Suqovuşan qəsəbəsinin azad edilməsindən sonra Azərbaycan bayrağını meydanda dirəyə taxaraq dalğalandıran əsgər İlkin Fərzəliyevə “Cavid-2016” şirkətinin rəhbərliyi tərəfindən mənzil...