Bakı Elektron Ticarət Forumunun Təşkilat Komitəsinin iclası keçirilib

Bakı Elektron Ticarət Forumunun Təşkilat Komitəsinin iclası keçirilib

Bu barədə Bakucity.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib. 

Məlumata görə, iclasda qurumla yanaşı, Vergilər və İqtisadiyyat Nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Mərkəzi Bankının, Maliyyə Bazarlarına Nəzarət Palatasının, eləcə də “Azexport” portalının, Regional İnnovativ Texnologiyalar Akademiyasının, “VialonServis” və “ALbuket.az” saytının nümayəndələri iştirak edib.

İclasda Təşkilat Komitəsinin rəhbəri, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev bildirib ki, ölkədə elektron ticarətin inkişafı, bu istiqamətdə dövlət və özəl qurumlar arasında tərəfdaşlığın gücləndirilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ardıcıl işlər aparılır. O qeyd edib ki, bu istiqamətdə aparılan işlər Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli 359 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da elektron ticarətin inkişafı ilə bağlı hədəflərə əsaslanır.

“24-25 sentyabr 2018-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Avropa İttifaqının birgə təşkilatçılığı ilə Bakı Elektron Ticarət Forumu - “BEF-2018” beynəlxalq tədbirin keçirilməsi ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin əmri ilə aidiyyəti qurumların nümayəndələrindən ibarət Təşkilat Komitəsi yaradılıb. Ötən dövr ərzində Forumun maraqlı və faydalı keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi tərəfindən bir çox işlər görülüb. Bakı E-ticarət Forumu ölkəmizdə e-ticarət sahəsində bu miqyasda təşkil olunan ilk beynəlxalq tədbirdir. Hesab edirəm ki, elektron ticarətin inkişafına təkan verəcək” - deyə nazirin birinci müavini bildirib.

Toplantıda Forumda iştirak üçün 300-dən artıq yerli və beynəlxalq iştirakçının qeydiyyatdan keçdiyi, habelə, Forum çərçivəsində bir sıra maraqlı tədbirlərin keçiriləcəyi vurğulanıb.

Daha sonra Təşkilat Komitəsinin üzvü, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun müavini Azər Bayramov görülmüş işlər, Forumun proqramı, iştirak edəcək xarici qonaqlar, spikerlər, tərəfdaşlar və iştirakçılar barədə geniş məlumat verib.

O, beynəlxalq inkişaf agentliklərinin, özəl sektorun və rəqəmsal platformaların qabaqcıl nümayəndələrini bir araya gətirəcək Forum çərçivəsində təşkil olunacaq tədbirlər sırasında tanınmış beynəlxalq ekspertlər tərəfindən E-ticarət bacarıqlarının inkişaf etdirilməsi üzrə xüsusi sessiyanın (master klas) təşkil olunacağını bildirib.

“Fairmont Bakı” otelində keçiriləcək Bakı E-ticarət Forumu çərçivəsində e-ticarət, onlayn ödəniş platformaları, e-ticarət həlləri üzrə ixtisaslaşan şirkət və qurumlar öz məhsullarını nümayiş etdirəcəklər. Sərgi Forum iştirakçılarına müxtəlif yeniliklərlə tanış olmaq və yeni işgüzar əlaqələr qurmaq imkanı verəcək.

İclas çərçivəsində daha sonra Təşkilat Komitəsinin üzvlərinin sual və təklifləri müzakirə olunub.

Təkliflər Təşkilat Komitəsinin gündəliyinə daxil edilib. 

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Biznes
Satınalma müqaviləsi imzalanıb Bu il sentyabrın 27-də “Bakı Metropoliteni” QSC tərəfindən müxtəlif ölçülü ofis modullarının kotirovka sorğusu üsulu ilə satınalınmasına dair keçirilmiş müsabiqənin qalibi məlum olub. Bakucity.az xəbər verir ki, tenderin qalibi “İcecool” MMC elan edilib. Oktyabrın 18-də həmin şirkətlə müvafiq satınalma müqaviləsi imzalanıb. Müqavilənin dəyəri 45 383,98 manat məbləğindədir. Qeyd edək ki, Fuad Əli Qulu oğlu Bədəlov tərəfindən y...
İdman
Bu gün Premyer Liqada 8-ci tura start verilir Bakucity.az xəbər verir ki, turun açılış matçı Qəbələdə keçiriləcək. Lider “Neftçi” “Qəbələ”nin qonağı olacaq. İlk dövrədə bu komandalar arasında keçirilmiş oyunda paytaxt təmsilçisi 2:1 hesablı qələbəyə sevinib. Liderliyini qorumağı hədəfləyən “ağ-qaralar” elə də yaxşı günlərini yaşamayan rəqiblə görüşdə xal itirməməyə çalışacaq. Günün digər matçı isə son çempion “Qarabağ”la “Səbail” arasında baş tutacaq. İlk...
Cəmiyyət
Azərbaycanın Odlar Yurdu Universitetində qəribə qadağa qüvvəyə minib Bakucity.az universitet rəhbərliyinin göstərişi ilə qüvvəyə minən qadağaya görə ali təhsil müəssisəsində xanım tələbələrə dikdaban ayaqqabı geyinmək yasaqlanıb. Bu barədə universitet binasının foyesində məlumat yerləşdirilib. Məlumat deyilir: "Diqqət! Diqqət! Universitetin binasına dikdaban ayaqqabı ilə girmək qəti qadağandır”. Bu barədə məlumatı a24.az xəbər saytı yayıb.  Universitet bir...
Cəmiyyət
Bakıda daha bir ölümlə nəticələnən yol qəzası baş verib Bakucity.az xəbər verir ki,  hadisə dünən gecə saat 22:00 radələrində Qaradağ rayonu ərazisində, Lökbatan-Xocasən yolunun "Meyvəli" bazarının qarşısından keçən hissəsində baş verib. 1962-ci il təvəllüdü Ağayev Fərhad Əliqulu oğlu yolu keçməyə çalışan piyadanı vurub. Publika.az-ın verdiyi məlumatda bildirilir.  Nəticədə, ağır xəsarət alan piyada, 1986-cı il təvəllüdlü Süleyman Nəbiyev aldığı xəsarətlər...
Hadisələr
Bakı polisi quldurlar barədə axtarış elan edib Bakucity.az xəbər verir ki, 3 nəfər naməlum şəxs Bakıda taksi sürücüsü kimi çalışan şəxsə bıçaqla hədə-qorxu gəlməklə pulunu qarət edib. Taksi sürücüsü evə pulsuz, amma sağ qayıda bilib. Bu barədə məlumatı Sputnik Azərbaycan Binəqədi rayon polis şöbəsindən əldə edib.  Hadisə gecə vaxtı 17 Oktyabr-dan 18 Oktyabra keçən vaxta təsadüf edib. Quldurlar "VAZ-2107" markalı taksi sürücüsü, 1993-cü il təvəllüdlü Əmirza...
Cəmiyyət
Yeni çatlar müşahidə edilib Badamdar sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sahədəki çatlarda artım qeydə alınıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasının sağ və sol hissəsində isə yeni çatlar müşahidə edilib.  Bakucity.az
Biznes
Müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə qərar verib. Bakucity.az-ın xəbərinə görə, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən, “Aİ-92” oktanlı benzin idxalı müvəqqəti olaraq gömrük rüsumundan azad edilib. Əvvəllər bu növ...
Cəmiyyət
Şagird 2 almasına görə anasının qəzəblənəcəyindən qorxub Bakucity.az xəbər verir ki, Oktyabrın 17-sində oxuduğu məktəbdən yoxa çıxan 7-ci sinif şagirdi Azər M. tapılıb. Azərin yoxa çıxmasından sonra anası yerli telekanallardan birinə müraciət edib. Milli.az-ın məlumatına görə, ana göz yaşları içində övladının itkin xəbərini bu sözlərlə verib: "Həmişə dərsdən çıxıb evə gəlirdi. Bu gün evə gəldim ki, yoxdu evdə. Zəng vurdum valideyinin birindən soruşdum. Ded...
İdman
Oyuna bilet satışı davam edir Futbol üzrə Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 25-də Azərbaycan çempionu “Qarabağ”la Ukraynanın “Vorskla” klubu arasında keçiriləcək oyuna bilet satışı davam edir. Bakucity.az xəbər verir ki, artıq bu matça 12000 bilet satılıb. Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Biletləri aşağıdakı satış məntəqələrindən əldə etmək olar: “Qarabağ” FK (Fan-Şop) Gənclik Mall 28 Mall ASAN Xidmət (1,2, 3, 4...