Bakıda Ümumdünya İrs Komitəsinin ilk iclası keçirilib

İclas ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıqdır

UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Azərbaycan Prezidentinin müvafiq Sərəncamı əsasında yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib.

Bakucity.az Azərtaca istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan nümayəndə heyətinin Bəhreyn Krallığının paytaxtı Manama şəhərində Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında iştirakını əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək qarşıda duran vəzifələrdən danışıb. O bildirib ki, ölkəmizin son illər sürətli inkişaf yoluna qədəm qoyması artıq dünya birliyində də yüksək qiymətləndirilir. Hazırda dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirmələri müstəqil dövlətimizin reytinqinin yüksək səviyyədə olmasından xəbər verir. Nazir Azərbaycan - UNESCO münasibətlərinin inkişafında, qarşılıqlı əlaqələrin möhkəmlənməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz xidmətlərini xüsusilə vurğulayıb.

Qeyd edib ki, Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən 43-cü sessiya 2019-cu il iyunun 30–dan iyulun 10-dək Bakı şəhərində keçiriləcək. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.

Diqqətə çatdırılıb ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin mühafizəsinə dəstək olmaqdır. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən UNESCO ilə sıx əməkdaşlıq münasibətləri qurulub və təşkilatın fəaliyyətinə öz töhfəsini verib. 2013-cü ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Mühafizəsi üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi etmiş Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir UNESCO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.

Sonra iclas Təşkilat Komitəsinin görəcəyi işlərin müzakirəsi ilə davam edib.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Bu gün Zığ şosesində uçqun tipli sürüşmə prosesi baş verib Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətindən bildirilib. Uçqun zamanı yol kənarına çəkilmiş istinad divarının 30 metr uzunluğunda olan hissəsi uçaraq cənub istiqamətində hərəkət edib. Divarın digər hissəsində qabarmalar müşahidə olunur. Piyada səkisində deformasiya və əyilmələr hiss edilir. Proses davam edir. Qeyd edək ki, hazırda Badamdar və Bayıl qəsəbəl...
Cəmiyyət
Bu bölgədə 100-dən çox bina aktiv zonada yerləşir Bakucity.az xəbər verir ki, Bakıdakı ən təhlükəli sürüşmə ərazilərinin yerləri açıqlanıb. Bu barədə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun (AMEA) aparıcı elmi işçisi Starə TarixAzər deyib. “Ölkə ərazisində yaz və payızda yağan yağışların çox olması səbəbi ilə sürüşmələr aktivləşir. Bayıl yamacı, Buxta, Badamdar, Bibiheybət, Masazır, Yeni Günəşli, Əhmədli, Bayıl, Zığ yolu...
Hadisələr
Zərərçəkən hadisənin pul üstündə baş verdiyni bildirir Bakucity.az xeber verir ki, Həzi Aslanov yaxınlığındakı binaların birində insdent yaşanıb. 30 yaşlı Qəmər Qarayeva "musavat.com"a açıqlamasında toydan qayıdarkən liftdə bibisioğlu tərəfindən bıçaqlandığını iddia edib.  "Bibim oğlu da içkili vəziyyətdə idi. O, mənim arxamca liftə soxularaq üstümə hücum çəkdi. Mənə 4-5 bıçaq zərbəsi vurdu. Əgər, lift bağlanmasaydı, mən qışqırmasaydım, bəlkə də ölmüşdüm....
Biznes
Səkkiz nəfərə isə yeni lisenziyalar verilib Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin qərarı ilə iki sığorta şirkətinin və 13 nəfər sığorta agentinin lisenziyaları ləğv edilib, səkkiz nəfərə isə yeni lisenziyalar verilib. Palatadan verilən xəbərə görə, təkrarsığorta və sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanın könüllü qaydada ləğv edilməsi barədə daxil olan müraciətlər əsasında “İpək Yolu Sığorta” ASC və “Azərbaycan Sənaye Sığorta” AS...
Cəmiyyət
Badamdardakı sürüşmə zonasında monitorinqlər davam etdirilir Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan  verilən məlumata görə sürüşmə zonasında saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə gərginlik davam edir: "Sürüşmə sahəsinin yuxarı hissəsində yeni uçqun, töküntü prosesləri müşahidə olunur. Bunun nəticəsində də sürüşmə sahəsinin yuxarı hissəsi fərdi tikililərə doğru irəliləyir. Sürüşmənin sol hissəsindəki t...
Cəmiyyət
Çökən yol şirkət tərəfindən bərpa olunur Bakucity.az xəbər verir ki, dünən Səməd Vurğun küçəsində yolun çökən hissəsinin bərpasına artıq başlanılıb. Bunu Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib: "Bərpa işləri ötən gecədən başlayıb. Hazırda hadisə yerində işlər gedir. Bərpa işləri tikinti şirkəti tərəfindən aparılır. Çökən yerə yeni topraq qatı gətirilib, boş olan yerlər doldurulur. Yol düzəldik...
Hakimiyyət
Baş nazir Novruz Məmmədovun tapşırıq verdi. Bakucity.az xəbər verir ki, Baş nazir Novruz Məmmədovun qərarına əsasən, Günəş Vəliyeva Nazirlər Kabineti Aparatının Hüquq şöbəsinin müdiri vəzifəsindən azad edilib və onun dövlət qulluğuna xitam verilib. Baş nazirin digər qərarı ilə Nizami Bayramov Nazirlər Kabinetinin İşlər İdarəsinin Nəqliyyat xidməti şöbəsinin müdiri vəzifəsindən azad edilib. Qərarla onun da dövlət qulluğuna xitam verilib. Bakucity.az
Cəmiyyət
Bakucity.az repetitor xidmətləri barədə araşdırmanı təqdim edir Buraxılış imtahanlarını uğurla vermək və universitetə daxil olmaq üçün məktəbdə keçilən dərslər çox vaxt yetərli olmur. Ümumiyyətlə, məktəb illərində öyrədilən materialı təkbaşına əxz eləmək də asan məsələ deyil. Bəzən şagirdlər heç hardan başalayacaqlarını da bilmirlər. Ona görə də bir çoxları özəl müəllim xidmətlərinə müraciət edirlər. Bakucity.az saytı bu dəfə oxuculara Bakıda repetitor xid...
Cəmiyyət
BŞİH qərar verdi: bu qurumun fəaliyyəti dayandırıldı Bakucity.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsini icra edən Eldar Əzizov Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansındakı, sahibsiz heyvanlarla mübarizəyə cavabdeh olan Sanitariya və Texniki təmizlik İdarəsinin fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı göstəriş verib. Bu barədə məlumatı Unikal.org saytı paylaşıb.  Verilən məlumata görə, Sabunçu rayonunun Balaxanı q...