Bakıda mütəmadi yarmarkaların keçirilməsi üçün yer ayrılacaq

Bakıda mütəmadi yarmarkaların keçirilməsi üçün yer ayrılacaq

Yarmarkalarda kənd təsərüfatı məhsulları satılacaq

Bakıda mütəmadi olaraq kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi üçün yer ayrılacaq. 

Bakucity.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin direktoru Leyla Məmmədova deyib.

O, həmçinin deyib ki, rəhbərlik etdiyi şirkət gələn ay açmağı planlaşdırdığı mağazanın internet səhifəsini və mobil əlavəsini təqdim etməyə hazırlaşır. 

"Həmin mağaza paytaxtın Səbail rayonunda, Nizami küçəsi, 92 ünvanında yerləşəcək. Bakının mərkəzi ilə yanaşı ətrafında da bu cür mağazaların açılışı nəzərdə tutulur", - deyə L.Məmmədova əlavə edib. 

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər