Bakının Asif Məhərrəmov küçəsi ilə Mir Cəlal küçəsində yol bağlanacaq

Bakının Asif Məhərrəmov küçəsi ilə Mir Cəlal küçəsində yol bağlanacaq

Avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Bakının Binəqədi rayonunun Asif Məhərrəmov küçəsinin Mir Cəlal küçəsi ilə kəsişməsində aparılan təmir işləri ilə əlaqədar sabah, sentyabrın 15-i saat 23:00-dan  sentyabrın 16-sı saat 06:00-a qədər (7 saat) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bakucity.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumatda bildirilir ki, AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir, sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edir.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər