Bakıda "Beynəlxalq multidissiplinar xərçəng müalicəsi" mövzusunda konfrans keçirilir

Əsas mövzu süd vəzi xərçəngi və baş-boyun şişləridir

Sentyabrın 15-də Bakıda "Beynəlxalq multidissiplinar xərçəng müalicəsi" mövzusunda beynəlxalq konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirin əsas mövzusu süd vəzi xərçəngi və baş-boyun şişlərində multidissiplinar müalicə və perspektivlərdir.

Tədbirdə çıxış edən Milli Onkologiya Mərkəzinin Baş direktorunun birinci müavini, mərkəzin baş-boyun şişləri şöbəsinin cərrah-onkoloqu, professor Əziz Əliyev Azərbaycanda onkoloji xidmətin inkişaf yolundan danışıb. Bildirilib ki, ölkə rəhbərliyinin daim diqqət və qayğı göstərdiyi Milli Onkologiya Mərkəzi təkcə respublika əhalisinə deyil, region ölkələrinin əhalisinə də ixtisaslaşmış onkoloji yardım göstərilməsi istiqamətində elmi-metodiki və profilaktik işləri əlaqələndirən aparıcı müəssisədir.

Digər çıxış edənlər onkoloji xəstəliklər və onların müalicəsində tətbiq olunan müasir üsullar barədə danışıblar.

Tədbir "Azərbaycanda süd vəzi xərçənginin epidemiologiyası və müalicə prinsipləri", "Süd vəzi xərçəngində patohistoloji müayinə", "Süd vəzi xərçəngində cərrahi müalicənin rolu" və bir sıra digər məruzələrlə davam etdirilib.

Beynəlxalq konfrans iki gün davam edəcək.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
“British Council” Bakı sakinlərini növbəti dəfə Birləşmiş Krallığın film dünyasına dəvət edir. Bakucity.az xəbər verir ki, Böyük Britaniyanın ölkəmizdəki səfirliyi və “British Council” nümayəndəliyinin təşkilati dəstəyi ilə “Park Cinema” kinoteatrlar şəbəkəsində “Britaniya kinosunun baharı” adlı beşinci festivala start verilib.  Böyük Britaniyanın ən populyar, həyəcan verici və yeni  filmləri Bakı sakinlərinə təqdim olunacaq. “Britaniya film baharı”nı 2019...
Hadisələr
Silahlı atışmaya görə daha iki nəfər saxlanılıb. Bakucity.az xəbər verir ki, biznesmen oğlu İsa Əzizovla “razborka”da iştirak edən və kriminal aləmə yaxın şəxslər olan Elçin Sadıq və Yasin Əhmədov tutulub. Onlar hadisə yerindən qaçdıqları üçün bir neçə gündür axtarılırdı. Xatırladaq ki, “Ramal” Ticarət Mərkəzinin rəhbəri Nadir Əzizovun oğlu İsa Əzizov həmin “razborka”da qarşı tərəfə “Vinçester” markalı silahdan atəş açıb. Atəş hədəfə dəymədiyi üçün yaralan...
Hadisələr
Sabunçuda qadın naməlum şəraitdə bıçaqlanıb.  Bakucity.az  xəbər verir ki, hadisə rayonun Zabrat qəsəbəsində baş verib. Belə ki, 1986-ci il təvəllüdlü Həsənova Mahnur Bəxtiyar qızı yaşadığı evdə naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. Bakucity.az
Hadisələr
Mənzillə bağlı mübahisə dava ilə nəticələnib.  Bakucity.az xəbər verir ki, hadisə Nərimanov rayonu Rufulla Axundov küçəsində yerləşən mənzildə qeydə alınıb.  1966-cı il təvəllüdlü Məhbubə Əkbərova qızı Arzu Əkbərova tərəfindən döyülüb.  Məlum olub ki, M.Əkbərovanın biri qız, bir oğlan olmaqla əkiz övladı var. O, illər öncə itkin düşən əkizlərinin tapılması üçün polisə müraciət edib. 2015-ci ildə axtarış nəticəsində qızı A,Əkbərova tapılıb. M.Əkbərova 2017-...
Mədəniyyət
“Jara”nın “Instagram” hesabında məlumat paylaşılıb. Bakucity.az xəbər verir ki, Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçiriləcək “Jara-2019” beynəlxalq musiqi mərasimində iştirak edəcək Azərbaycan müğənnilərinin adları açıqlanıb. 25-28 iyul tarixlərində keçiriləcək festivalda ötən gecə “Avroviziya-2019”da uğurla ölkəmizi təmsil edib, finala vəsiqə qazanan müğənni Çingiz Mustafayev iştirak edəcək. Qeyd edək ki, “Jara-2019”da Xalq artistləri Aygün...
Hadisələr
Qayda pozuntusunun görüntüləri yayılıb.  Bakucity.az xəbər verir ki, Bakıda yol polisinə məxsus “99-YP-394” dövlət nömrə nişanlı “BMW" markalı avtomobil hərəkətdə olarkən bir neçə yol hərəkəti qaydasını pozub.  Belə ki, YPX avtomobili Badamdar şosesinin Mətbuat prospekti ilə kəsişməsində yerləşən dairədə nişanın tələblərinə məhəl qoymayıb. Daha sonra yol polisi qoşa xəttin tələblərini də kobud şəkildə pozaraq, qarşı yola çıxıb.  Bundan başqa, manevrlər edə...
Mədəniyyət
Bakı küçələrindən biri onun adını daşıyacaq.  Bakucity.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Məlikovun xatirəsini əbədiləşdirmək məqsədilə sərəncam imzalayıb.  Sərəncama əsasən, Bakı şəhər İcra Hakimiyyəti Fəxri Xiyabanda Arif Məlikovun qəbirüstü abidəsinin qoyulmasını təmin edəcək.  Bakı şəhərindəki küçələrdən birinə Arif Məlikovun adı veriləcək.  Mədəniyyət Nazirliyi Bakı şəhər İc...
Hadisələr
Qaradağ rayonunda avtomobildən silah-sursat aşkarlanıb. Bakucity.az xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinə Ucar rayon sakini P.Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobildə silah-sursat olduğu haqda məlumat daxil olub. Daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticəsində avtomobildən “Mİ 1911 Aİ Asak” markalı tapança, 1 ədəd patron darağı, 10 ədəd patron, 2 ədəd bıçaq və 1 ədəd balta aşkar edilərək götürülüb. Fakt...
Ekologiya
Paytaxtda sabaha olan hava proqnozu açıqlanıb. Bakucity.az xəbər verir ki, Bakı və Abşeron yarımadasında mayın 18-də hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 16-19, gündüz 24-28, Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.   Bakucity.az