Voleybol üzrə Azərbaycan millisi Bakıda Rusiya klubuna qalib gəlib

Voleybol üzrə Azərbaycan millisi Bakıda Rusiya klubuna qalib gəlib

Qadın voleybolçularımız dünya çempionatına hazırlığı Bakıda davam etdirir

Bakucity.az AZƏRTAC-a istinadən xəbər verir ki, millimiz Bakı toplanışı çərçivəsində Azərbaycan Voleybol Mərkəzində Rusiyanın “Dinamo Krasnodar” klubu ilə yoxlama oyunu keçirib. Görüş yığmamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz toplanış çərçivəsində Rusiyanın digər klubu “Uraloçka” ilə yoxlama oyununda da gücünü sınayacaq.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyada təşkil olunacaq.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər