Bakıda qətl hadisəsi baş verib

Bakıda qətl hadisəsi baş verib

Bakı sakini 41 yaşlı qonşusunu öldürüb qaçdı

Bakucity.az Trend-ə istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində baş verib.

1979-cu il təvəllüdlü Abuzərov Dostəli Rəşid oğlu Suraxanı rayonunun Zeytun bağları adlanan çöllük ərazidə qonşusu, 1977-ci il təvəllüdlü Qədirov Sərsəng Alxas oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində D.Abuzərov S.Qədirovu bıçaqla qətlə yetirərək hadisə yerindən qaçıb.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və D. Abuzərovun tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər