Bakıda adam öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakıda adam öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb

Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Vidadi Rzayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bakucity.az Report-a istinadən xəbər verir ki, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, V.Rzayevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, hadisə Yasamal rayonu, Xıdır Mustafayev küçəsində qeydə alınıb. 57 yaşlı Vidadi Rzayev aralarında yaranmış mübahisə zəminində qonşusu, 47 yaşlı Şahin İsgəndərova bıçaqla 9 dəfə zərbə vurub. Şahin İsgəndərov ağır vəziyyətdə 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Yasamal rayon hüquq mühafizə orqanlarının əməkdaşları V.Rzayevi saxlayıblar.

Hadisə şahidlərinin verdiyi məlumata görə, mərhum Ş.İsgəndərov dəfələrlə qonşusu V.Rzayevə avtomobilini yolda saxlaması ilə bağlı iradını bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Rzayev 16 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər