BSU-da Bilik günü qeyd olunub (Foto)

Bakı Slavyan Universitetində Bilik günü ilə bağlı təntənəli tədbir keçirilib

Bakucity.az xəbər verir ki, tədbirin əvvəlində universitetin foyesində yerləşən Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyulub. Mərasimin ardından Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

BSU-nun Mətbuat xidmətindən alınan məlumata görə, tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva tələbələri yeni tədris ili münasibətilə təbrik edərək onlara dərslərində uğurlar arzulayıb. Rektor Azərbaycan təhsil sisteminin müasir dövrdə çox böyük nailiyyətlər əldə etdiyini diqqətə çatdıraraq bəşər sivilizasiyasına böyük töhfələr bəxş etmiş Azərbaycan xalqının zəngin maarifçilik ənənələri, pedaqoji fikir tarixi ilə qürur duyduğunu dilə gətirib. Professor N.Əliyeva bildirib ki, son illər ölkəmizdə humanitar sahədə qazanılan uğurların dövlət başçısı İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatların, ölkənin birinci xanımı Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir.

Nurlana Əliyeva qeyd edib ki, Bakı Slavyan Universitetində təhsilin səviyyəsi, burada tələbələrin biliklərə yiyələnməsi üçün yaradılan şərait hər zaman diqqət mərkəzində olub. Universitetin potensialı istiqamətində mütəmadi olaraq işlər görüldüyünü deyən N.Əliyeva bu il BSU-ya qəbul sayının ötən illərlə müqayisədə daha da artdığını diqqətə çatdırıb. Rektor universitetin qarşıda duran məqsədlərindən söz açaraq deyib: ”Hazırda Bakı Slavyan Universiteti regionun xarici ölkə universitetləri ilə beynəlxalq əməkdaşlıq quran ən fəal universitetlərindən birinə çevrilib. Bu əlaqələri inkişaf etdirməklə dünya təhsilinin ən mütərəqqi ənənlərini universitetimizdə tətbiq etmək, tədris və tərbiyə sahəsində yeni uğurlara imza atmaq, universitetin maddi-texniki bazasını beynəlxalq standartlara uyğunlaşdırmaq başlıca məqsədimizdir”.

Sonra BSU tələbələrinin hazırladığı bədii kompozisiyalar, şeirlər, milli rəqslər təqdim olunub.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxışında ölkədə təhsil məsələləri ilə bağlı görülən işlərdən, Prezident İlham Əliyev tərəfindən təhsilə olan diqqət və qayğıdan danışaraq bildirib ki, Nəsimi rayon ərazisində yerləşən ali və orta məktəblərdə həm təhsil səviyyəsinə, həm də müəssisələrin vəziyyətinə ciddi fikir verilir. İcra başçısı qeyd edib ki, təhsil ocaqlarında yaradılan münbit şərait, onların texniki avadanlıqlarla təmin olunması müasir təhsil sisteminin ölkəmizdə inkişafının göstəricisidir.

Tədbirdə bu il Bakı Slavyan Universitetinə yüksək bal toplayaraq qəbul olan tələbələrə rektor Nurlana Əliyeva tərəfindən hədiyyələr bağışlanıb. BSU-nun filologiya və xarici dil müəllimliyi fakültəsinə 622 balla qəbul olan birinci kurs tələbəsi Sitarə Şahmuradlı, 599 bal toplayan Aytac Hüseynli qazandıqları müvəffəqiyyətlə bağlı öz təssüratlarını bölüşüblər.

Millət vəkilləri Qənirə Paşayeva və Elman Nəsirov BSU-ya yüksək göstərici ilə qəbul olan gəncləri təbrik edərək olara təhsil sahəsində uğurlar arzulayıblar.

Bilik günü ilə bağlı təbrik nitqi ilə çıxış edən BSU-nun professoru Rəhilə Quliyeva yeni tələbə adı qazanan gəncləri öz bilikləri, bacarıqları, əxlaqları ilə cəmiyyətdə nümunə olmağa çağırıb, tələbələri ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə səsləyib.

Tədbirdə Qırğızıstanın Azərbaycandakı sabiq səfiri Ayciqit Buranov, millət vəkilləri Sahibə Qafarova, Kamilə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, təhsil ekspertləri Şahlar Əsgərov, Nadir İsrafilov və mətbuat nümayəndələri iştirak ediblər.

Tədbir konsert proqramı ilə davam edib.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
1 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Türkiyə vətəndaşı azərbaycanlı qadına qarşı dələduzluq edib Bakucity.az-ın məlumatına görə, hadisə Nizami rayonu ərazisində baş verib. Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Piriyeva Şəhla Sabir qızı polisə müraciət edərək bildirib ki, 2018-ci ilin fevral ayında Türkiyə vətəndaşı Mehmet adlı şəxs Amerika Birləşmiş Ştatlarına viza düzəltmək adı ilə onu aldadaraq Qara Qarayev prospekti, 64 ünvanında, "Ailə market"in qarşısında ondan 14 min dollar alıb. Fak...
Ekologiya
Çiskinli yağış yağacağı gözlənilir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Bakucity.az-a verilən məlumata görə, dekabrın 9-da Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-8°, gündüz 9-11° isti, Bakıda gecə 6-8°, gündüz 9-11° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu tə...
İdman
“Neftçi” daha bir transferi həyata keçirib Bakucity.az xəbər verir ki, seneqallı futbolçu Mamadu Mboc ilə 2,5 illik müqavilə bağlanıb.  25 yaşlı mərkəz müdafiəçisi bu komandanın heyətində üç nömrəli formanı geyinəcək. Qeyd edək ki, “Neftçi” bir neçə gün əvvəl qvineyalı mərkəz yarımmüdafiəçisi Mamadu Kane ilə üç illik müqavilə bağlamışdı.  Bakucity.az
Hadisələr
Zahid Abbasov Agentliyə müraciət edib Bakucity.az xəbər verir ki, Dekbarın 5-də Bakı Nəqliyyat Agentliyinin dayanma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərini həyata keçirən əməkdaşına qarşı kəsici-deşici alətlərlə hücuma cəhd edən Zahid Abbasov Agentliyə müraciət edib.  Bunu da oxu: Sürücülərin nəzərinə: Bakıda bu yol bağlanır - FOTO Agentlikdən verilən məlumata görə, törətdiyi hadisəni etiraf edən Zahid Abbasov əməlindən peş...
Cəmiyyət
Rəsmi qurumdan növbəti açıqlama. Bakucity.az xəbər verir ki, Heydər Əliyev prospektinə qalxan yol qovşağının geri dönmə hissəsinin bağlanması təxirə salındı.  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, bu gün üçün Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə qalxan hissədə, yol qovşağının aşağısında yerləşən geri dönmə hissənin bağlanmasının təxirə salındığı bildirilib.  Hərəkətin məhdudlaşdırılması ilə bağlı yen...
Hadisələr
Maşının İcra Hakimiyyətinə məxsus olduğu müəyyənləşib Bakucity.az-ın verdiyi xəbərə görə, hadisə dekabrın 7-də Nəsimi rayonu, Rəşid Behbudov küçəsində qeydə alınıb. Şamaxı rayon sakini, 1972-ci il təvəllüdlü Qəhrəman Ağababayev idarə etdiyi “İveco Euro Cargo” markalı 99 JF 567 nömrəli yük maşını ilə yolu keçmək istəyən piyadanı vurub. Həmin şəxs hadisə yerində ölüb. Məlum olub ki, vəfat edən piyada Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Cümşüd Kərimlidir...
Cəmiyyət
Sürücülərin alternativ yollardan yararlanması xahiş edilir Bakucity.az xəbər verir ki, bu gündən Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə qalxan hissədə yol bağlanacaq. Bunu da oxu: Xırdalanda avtobus aşdı: 9 yaralı - VİDEO Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) apardığı təmir işləri ilə əlaqədar bu gündən paytaxtın Xətai rayonunun Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə qalxan hissədə, yol qovşağının aşağısında yerlə...
Cəmiyyət
“Bakı Metropoliteni” sərnişinlərdən üzr istəyib Dekabr ayının 10-dan “Bakmil” stansiyasına giriş-çıxışa günün müəyyən saatlarında qoyulmuş məhdudiyyətin vaxtı saat 18:00-a qədər uzadılır. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, səhər saatlarında isə “Bakmil” stansiyası sərnişinlərə 8:20-yə qədər xidmət göstərəcək. Buna qədər məhdudiyyət saat 8:20-dən 17:00-a qədər olan vaxtı əhatə edirdi. “Bakı Metropoliteni” QSC-nin rəhbərl...
Hadisələr
“Nobel” prospektində ağır yol-qəza hadisəsi baş verib Bakucity.az xəbər verir ki, səhər saat 04:30 radələrində paytaxtın “Nobel” prospektində ağır yol-qəza hadisəsi baş verib.  “Toyota” markalı, 10 VA 309 dövlət nömrə nişanlı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsini yolkənarı səkiyə çırpıb.  Qəza zamanı taksidə olan dörd nəfər - 1992-ci il təvəllüdlü Hüseynov Şahin Akif oğlu, 1982-ci il təvəllüdlü Əsə...