Bakı sürücülərinin nəzərinə! Bu yolda rənglənmə var

Bakı sürücülərinin nəzərinə! Bu yolda rənglənmə var

Üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq

Bakı şəhəri, Binəqədi rayonu Mir Cəlal küçəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər axşam saatlarına qədər yekunlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bakucity.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə aparılır.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər