Aygün Səmədzadənin yeni əsərləri Türkiyədə təqdim olunub

Əsərlər Bakının azad edilməsinin 100 illiyinə həsr olunub

 Ankarada Türkiyənin “TRT Avaz” telekanalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş konsert proqramı yayımlanıb. ...-in məlumatına görə, proqram, həmçinin Azərbaycan İctimai Televiziyasında canlı yayımlanıb.

Konsert proqramı Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Türkiyənin Prezident Simfonik Orkestrinin və Azərbaycanın xalq artisti Elnarə Kərimovanın rəhbərlik etdiyi TRT Dövlət Xorunun, azərbaycanlı və türkiyəli solistlərin müşayiəti ilə qardaş ölkələrin məşhur bəstəkarlarının əsərləri səsləndirilib: Üzeyir Hacıbəyovun “Korğlu” operasından uvertüra, “Çırpınırdı Qara Dəniz”,  Asəf Zeynallının “Muğam”, Vasif Adıgözəlovun “Çanakkale içinde”, “Ninni” və “Ana”, Emin Sabitoglunun “Şükriyyəm”,  Muammer Sunun “Sakarya Marşı” və “Karadeniz Marşı”, Aygün Səmədzadənin  “Tûrk Ordusuna” və “Bismillah” əsərləri. Konsertdə təqdim olunan əsərlərin şeirləri Əhməd Cavad, Mehmet Akif Ersoy və Məmməd Seyid Ordubadiyə məxsusdur.

Azərbaycanın xalq artistləri Azər Zeynalov, Əlixan Səmədov, və Azərin, istedadlı vokalçılar Orxan Cəlilov və Nigar Cəlilova, skripkaçı Ceyla Seyid, türkiyəli ifaçılar Nesrin Gönüldağ, Özgür Savaş Gençtürkün rəngarəng çıxışları konsertdə xüsusi sənət ab -havası yaradıb.

Qeyd edək ki, konsertdə Azərbaycanın xalq artisti, bəstəkar Aygün Səmədzadənin Cümhuriyyətin böyük şairi Əhməd Cavadın sözlərinə yazılmış  iki əsəri -  “Türk ordusuna” və “Bismillah” həm bir premyera kimi, həm də məxsusi bu gün üçün yazılan maraqlı kompozisiya və yüksək ifa tərzinə görə xüsusi rəgbətlə qarşılanıb.

Aygün Səmədzadə bildirib: “Belə bir əzəmətli tədbirdə iştirak etdiyimə görə məmnunam. Həm Cümhuriyyətin 100 illiyə baglı mövzulara tez-tez müraciət etdiyimə, dövrün ab-havasını içdən duyduguma, ,tariximizin hər bir qürur səhifəsinə bir azərbaycanlı kimi sevgimə görə buradayam və bununla qürur duyuram. Əsərlərimin bu samballı sıralamada yer aldıgına görə mənimlə bərabər sevinənlərə, sənətimizlə fəxr edənlərə, bizi bu günə layiq bilənlərə minnətdaram. Bu tədbirdə böyük zəhmətlə bərabər çalışdıgımız bütün kübar sənət adamlarına, başda maestro xalq artisti Yalçın Adıgözəlov olmaqla, xalq artisti  Elnarə Kərimovaya, Ayaz Qəmbərliyə, Əhməd Cavad ailəsinə, əsərlərimi səsləriylə gözəl təqdim edən Nigar və Orxan Cəlilovlara dərin təşəkkürümü bildirirəm. Layihələrdə bərabər calışdıgımız və əsərlərin ilkin versiyalarının  təqdimatında iştirak edən Əvəz Muradova, əməkdar artistlər Elnur Əhmədov, Elçin Həşimov və Bəxtiyar Həsənə və bütün yaradıcı heyətə minnətdaram”.

Xatırladaq ki, 15 sentyabr 1918-ci il tarixində tərkibində Azərbaycan korpusunun da olduğu Qafqaz İslam Ordusu türk baş komandan Nuru Paşanın başçılığı ilə Bakıya daxil olaraq şəhəri bolşevik-daşnak işğalından azad edib. 8 min Osmanlı əsgəri və 7 minədək azərbaycanlı qüvvələr Bakının azad edilməsi üzrə hərbi əməliyyatda iştirak edib, təqribən iki mini şəhid olub. Bakı azad edildikdən sonra Azərbaycan Demokratik Respublikası Gəncədən Bakıya köçüb. Azərbaycanın müstəqilliyi təmin edilib və ermənilərlə bolşeviklərin Bakıda və ətraf rayonlarda hökmranlığına son qoyulub. Beləliklə Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsi başlayıb. Uzun illər keçsə də, türklərin qardaş köməkliyi Azərbaycan xalqı tərəfindən heç vaxt unudulmur, həmişə xatırlanır və dərin minnətdarlıq hissi ilə xatırlanacaq.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

İdman
Bakıda budo üzrə beynəlxalq turnir keçiriləcək.  Bakucity.az  xəbər verir ki, mayın 2-6-da Bakı İdman Sarayında keçiriləcək yarış ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunub. Turnir Gənclər və İdman Nazirliyinin və Azərbaycan Budo Döyüş Növləri Federasiyasının birgə təşəbbüsü ilə təşkil ediləcək. Turnirdə Azərbaycan, Pakistan, İraq, Əfqanistan, İran, Gürcüstan, Özbəkistan, Zimbabve, Türkiyə, Kipr, Rusiya, Banqladeş və Hindistandan olan 600-ə yax...
Cəmiyyət
Bakıda avtobusda maraqlı anlar yaşanıb. Bakucity.az  xəbər verir ki, hindli cütlük evlilik ildönümlərini 170 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusda qeyd ediblər.  Qulati və Ayan cütlüyünün romantik bəzədilmiş avtobusdakı görüntüləri izlənmə rekordu qırıb. (Oxu.az) Bakucity.az
Hadisələr
Bakıda vətəndaşın evi yanıb. Bakucity.az xəbər verir ki, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin eyvanında ev əşyaları 5 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Qeyd edək ki, bu barədə Fövqəladı Hallar (FHN) nazirliyi məlumat yayıb. Bakucity.az
Cəmiyyət
Müsabiqə "İdeyadan Biznesə" layihəsi çərçivəsində keçirilir Bakucity.az xəbər verir ki, ADA Universitetində aprelin 18-dən başlayan startap marafonunda 10-dək ali təhsil məktəbinin startap komandası öz layihələrini münsiflər heyəti qarşısında təqdim edəcəklər.  Müsabiqədə Bakı Dövlət, Azərbaycan Texniki, Azərbaycan Memarlıq və İnşaat, Azərbaycan Dövlət Neft və Sənaye, Bakı Mühəndislik, ADA, Tibb və Qərbi Kaspi universitetlərinin, Bakı  Ali Neft Məktəbinin...
Hadisələr
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakucity.az xəbər verir ki, hadisə Binqədi qəsəbəsində baş verib. Belə ki, qadın sürücü idarə etdiyi “Kia” markalı avtomobil ilə 133 nömrəli avtobusun dayancağında dayanan 2003-cü il təvəllüdlü Səmədov Əli Ceyhun oğlu və 2002-ci il təvəllüdlü Bayramov Vüsal Ramiz oğlunu vurub. Yaralıların hər ikisi 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan Ə.Səmədovun vəziyyəti həkimlər tərəfindən ağır kimi qiymətlə...
İdman
Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Bakucity.az xəbər verir ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun daha bir səfiri müəyyənləşib. Bu, rusiyalı məşhur futbolçu,Rusiya milli komandasının heyətində 50-dən çox oyun keçirmiş Aleksandr Səmədovdur. O, UEFA Avropa Liqası 2019-un final oyunun səfiri kimi aprelin 20-21-də Moskvada keçiriləcək UEFA Avropa Liqasının “KİA Kubok Turu”nda iştirak edəcək. Bakucity.az
Biznes
Bu gün Bakıda İran Ticarət Mərkəzinin açılışı olub. Bakucity.az xəbər verir ki, mərkəzin açılış mərasimində İranın sənaye, mədən və ticarət naziri Reza Rəhmani, Azərbaycanın iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov iştirak ediblər. "İran Ticarət Mərkəzinin açılmasında əsas məqsəd iranlı biznes və iş adamlarının Azərbaycanda sərmayə qoyuluşuna cəlb etməkdir". İran-Azərbaycan Palatasının sədri Hüseyn Pirmüəzzin belə deyib. Bakıda və Azərbaycanın digər r...
Cəmiyyət
Bakıda "Açıq mikrofon” praktikası geniş sürətdə həyata keçirilir. Bakucity.az xəbər verir ki, bu görüşlərin əsas məqsəd əhali ilə sıx təmasda olmaq, onların problemlərin və suallarını dinləmək və bu problemləri operativ şəkildə aradan qaldırmaqdan ibarətdir. Növbəti belə səyyar görüş rayon rəhbərliyi, kommunal strukturların, idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştirakı ilə rayonunun 6-cı mikrorayonda Svetlana Məmmədova küçəsində yerləşən, 600 nə...
Ekologiya
Bakıda 4 ağacı kəsən şəxs 2960 manat cərimədilib. Bakucity.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, Yasamal rayonu A.Abbasov küçəsi 78 ünvanında köküstə yaş müxtəlif cinsli 4 ağacın kəsildiyi aşkar edilib. Ağacları kəsən şəxsin Sabunçu rayon sakini Rövşən Əkbərov olduğu müəyyən olunub.  Faktla bağlı təqsirkar barəsində akt, protokol tərtib edilib. O, 2960 manat məbləğində cərimə olunub.  Bakucity.az