Bakıda narkotik maddə satan şəxsə hökm oxunub

Bakıda narkotik maddə satan şəxsə hökm oxunub

Narkotik vasitələr təqsirləndirilən şəxsin mənzildə aşkar edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitə satışında təqsirləndirilən 1984-cü il təvəllüdlü Şükürov Taleh Əmiraslan oğlunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bakucity.az "Report"a istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə T.Şükürov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, T.Şükürov satış məqsədi ilə 13 kiloqram marixuana, 2 kiloqram heroin, 6 kiloqram tiryək əldə edib. Narkotik vasitələr onun kirayədə yaşadığı mənzildə aşkar edilib.

T.Şükürov həmçinin narkotik vasitə istifadəsində də ittiham edilib.

Məhkəmədə məlum olub ki, T.Şükürov daha əvvəl də narkotik istifadəsinə görə məhkumluq həyatı yaşayıb.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər