Bakıda Beynəlxalq Atletika Federasiyasının seminarı təşkil olunub

Bakıda Beynəlxalq Atletika Federasiyasının seminarı təşkil olunub

Kurs beynəlxalq federasiyanın qeydiyyat bazasında rəsmi olaraq təsdiqlənib

Bakıda Beynəlxalq Atletika Federasiyasının (BAF) dəstəyi ilə birinci dərəcəli lektorlar üçün beynəlxalq seminar keçirilib.

Azərbaycan Atletika Federasiyasından Bakucity.az-a bildiriblər ki, tədbirə qatılan 15 iştirakçıdan 6-sı seminarın sonunda keçirilmiş imtahandan və seminar dövründə tələb olunan nəzəri və praktiki çalışmalardan uğurla keçib.

Seminarın nəticələri BAF-yə göndərilib. İmtahandan uğurla keçən iştirakçılar yığdıqları ballara uyğun olaraq lektor və ya assistant lektor sertifikatını alacaqlar. Bu kurs beynəlxalq federasiyanın qeydiyyat bazasında rəsmi olaraq təsdiqlənib.

Tədbirə qatılanlara BAF tərəfindən göndərilmiş iştirak sertifikatları verilib.

Bakıda Beynəlxalq Atletika Federasiyasının seminarı təşkil olunub, fotoşəkil-1 Bakıda Beynəlxalq Atletika Federasiyasının seminarı təşkil olunub, fotoşəkil-2 Bakıda Beynəlxalq Atletika Federasiyasının seminarı təşkil olunub, fotoşəkil-3 Bakıda Beynəlxalq Atletika Federasiyasının seminarı təşkil olunub, fotoşəkil-4 Bakıda Beynəlxalq Atletika Federasiyasının seminarı təşkil olunub, fotoşəkil-5 Bakıda Beynəlxalq Atletika Federasiyasının seminarı təşkil olunub, fotoşəkil-6 Bakıda Beynəlxalq Atletika Federasiyasının seminarı təşkil olunub, fotoşəkil-7 Bakıda Beynəlxalq Atletika Federasiyasının seminarı təşkil olunub, fotoşəkil-8

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər