Bakıdakı bu yolun təmiri bitmək bilmir

İşlər yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə birgə aparılır

Ümumilikdə prospektin 323 609 kv.m sahəsinə 3 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

Uzunluğu 9 km olan Babək prospektinin yenidən qurulması işləri sonuncu mərhələ çərçivəsində yüksək keyfiyyətlə davam etdirilir. Bu barədə Bakucity.az-a Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki,aparılan işlər çərçivəsində prospektin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılır. Yol yatağının yararsız qruntu təqribən 20 min kv.m sahədə ortalama 0.8-1 m dərinliklə qazılaraq çıxarılır. Bunun əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılır və əsas yenidən bərpa edilir.

Yenidənqurma işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Belə ki, prospekt boyunca 4 km-ə yeni yaxın kanalizasiya kollektoru, 1000 və 800 mm diametrli polad borularla 7 km uzunluğunda əsas magistral, prospektin sağ və sol hissəsi ilə polietilen borularla 11 km uzunluğunda paylayıcı kəmərlər olmaqla, ümumilikdə 30 km-ə yaxın su xətti çəkilib. Bu işlər aidiyyəti qurum tərəfindən bir-neçə gün bundan öncə yekunlaşdırılıb.

Bundan başqa aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunur, zəruri olan yerlərdə yeni sistem qurulur. Bu işlərə uyğun olaraq prospektdə 99 nöqtədə kanalizasiya xətlərinin baxış qapaqları da yenilənir.

Layihəyə uyğun olaraq prospekt boyu vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün köhnə piyada səkiləri bərpa olunur və 15 200 kv.m sahədə yeniləri tikilir, mövcud yol ayrıcı da sökülərək yenidən qurulur. Yol ayrıcının eninin kiçildilməsi prospektin hərəkət hissəsinin genişləndirilməsinə imkan yaradır. Belə ki, prospektin bir istiqamət üzrə hərəkət hissəsi 16 metrə qədər genişləndirilir. Yeni tikilən yol ayrıcının və piyada səkilərinin kənarlarına 26 350 p-metr uzunluğunda yeni səki daşları düzülür.

Yolun hərəkət hissəsi bərpa olan ərazilərə yeni asfalt-beton örtüyünün döşənməsi işləri davam etdirilir. Artıq prospektin 6 km-lik hissəsində asfalt-beton örtüyünün 2 layının döşənməsi işləri bitib. Hazırda qalan 3 km-lik hissədə bu işlər davam etdirilir. Ümumilikdə prospektin 323 609 kv.m sahəsinə 3 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

Həmçinin prospektin yenidənqurulması zamanı avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə 22 yerdə xüsusi "cib"li hissələr tikilir, avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə geriyə dönməsi üçün əlavə zolaqlar və geridönmə hissələr yaradılır, həmçinin yolun işıqlandırılması üçün yol ayrıcında ikitərəfli yeni işıqlandırma sistemi qurulur.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Reproduktiv sağlamlığın tədrisi ilə bağlı ayrıca fənn nəzərdə tutulmayıb Bakucity.az xəbər verir ki, Azərbaycanda ümumi təhsil pilləsində tədris olunan fənlərin siyahısı Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” sənədində təsbit edilib: “Həmin sənəddə ümumi təhsilin heç bir səviyyəsində reproduktiv sağlamlığın tədrisi ilə bağlı ayrıca fə...
İdman
Topaz Premyer Liqasında IX turun oyunlarının vaxtı müəyyənləşib Bakucity.az xəbər verir ki, çempionatın yayım hüququna sahib "CBC Sport" telekanalı bu həftə canı yayımlayacaq qarşılaşmaların və idman yarışlarını açıqlayıb.  Məlum olub ki, turda oktyabrın 27-də saat 16:00-da "Sumqayıt" - "Qəbələ" matçı ilə start veriləcək. Bundan 2 saat sonra "Sabah" "Zirə"ni qəbul edəcək. Növbəti günün ilk görüşündə saat 15:00-da "Səbail" və "Keşlə" üz-üzə gələcək. Tura ye...
Cəmiyyət
Səkilərdə qanunsuz saxlayan avtomobillərin qeydiyyatı aparılır Bakucity.az xəbər verir ki, Bakının Səbail və Nəsimi rayonlarında piyada səkilərində avtomobillərin saxlanılmasına daha çox rast gəlinir. Bu barədə Report informasiya agentliyinin hazırladığı materialda bildirilir. Gecə saatlarında xüsusən restoranlara gələnlər nəzarətin olmamasından istifadə edərək Nizami küçəsində və Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının qarşısında piyadalar...
Biznes
Cədvəldə 22 sığorta və təkrarsığorta şirkətinin adı qeyd olunub  Bakucity.az xəbər verir ki, “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyi (Birlik) sığorta şirkətlərinin xidmət səviyyəsi və müştərilərə qarşı yanaşması üzrə formalaşmış reytinqini açıqlayıb. Şirkət barədə yazılan ümumi rəy, rəyin təsdiqlənib-təsdiqlənməməsi, qeyd olunan məsələnin həll edilməsi şirkətlərin reytinqinə təsir edən əsas amillər hesab olunur. ASA-nın internet səhif...
Cəmiyyət
Tibb Universitetində anadangəlmə ürək qüsuru olan körpə əməliyyat olunub Tibb Universitetində (ATU) anadangəlmə ürək qüsuru olan körpə əməliyyat olunub ATU-nun Mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat Daun sindromlu, ürəyində 2 ədəd qulaqcıqarası çəpər defekti, 1 ədəd geniş mədəcikarası çəpər defekti olan 10 aylıq 7 kq çəkisi olan körpə üzərində aparılıb. Əməliyyatı icra edən ATU-nun Tədris Cərrahiyyə Klinikasının uşaq ürək cərrahı Ramal Həsəno...
Hakimiyyət
Azərbaycanda 160 gəmiçiyə mənzil veriləcək Bakucity.az xəbər verir ki, bu barədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev jurnalistlərə açıqlamasında bildirib. O həmçinin qeyd edib ki, bu ilin sonuna qədər Bakıda Gəmi Muzeyi də açılacaq. Reportun verdiyi məlumatda bildirilir. Sürücülərin nəzərinə: bu tələb ləğv edildi - Qərar “Paytaxdakı Dövlət Bayrağı Meydanının yaxınlığında Gəmi Muzeyinin açılışını planlaşdırırıq”, - deyə o, qeyd edi...
Cəmiyyət
Yol polisinə tabe olmayan, avtoxuliqanlıq edənlərə rast gəlinib Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən paytaxtın müxtəlif  küçə və prospektlərində gecə saatlarında kobud qayda pozuntuları törədən sürücülərin aşkar edilməsi məqsədi ilə növbəti maarifləndirici-profilaktik tədbir keçirilib.  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, tədbir zamanı xeyli sayda sərxoş sürücü aşkar olunub, həmçi...
Hakimiyyət
Ticarət və Xidmət Departamentinin direktoru işdən çıxarılıb Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin direktoru dəyişdirilib. Bakucity.az xəbər verir ki, BŞİH-nin departamentin Ticarət və Xidmət Departamentinin  direktoru Ramiz Hacıyev işdən çıxarılıb və həmin vəzifəyə İntiqam Məmmədov təyin olunub. Report-un verdiyi məlumatda bildirilir.  Bakucity.az
Cəmiyyət
Dövlət Bayrağı günü ilə əlaqədar qeyri-iş günü olacaq. Bakucity.az xəbər verir ki, Bayram həftənin cümə gününə təsadüf etdiyinə görə, Bakı sakinləri 3 gün evdə oturacaqlar. Əmək məcəlləsinə əsasən bu bayram günü vətəndaşlar üçün istirahət günü kimi müəyyənləşdirilib.  Belə ki, Əmək Məcəlləsinin 105-ci (Bayram günləri) maddəsinin və Nazirlər Kabinetinin “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarına əsasən, noyabrın 9-u qeyri-iş günüdür...