Bakıda bütün dayanacaqlarda xüsusi kameralar quraşdırılacaq

Bakıda bütün dayanacaqlarda xüsusi kameralar quraşdırılacaq

Kameralar qanunsuz işləyən taksiləri məsuliyyətə cəlb etmək üçündür

Bakıda dayanacaqda qanunsuz park edən, müştəri gözləyən taksilər üçün qadağa tətbiq ediləcək.

Bakucity.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib. Belə ki, yaxın günlərdə bütün dayanacaqlarda xüsusi kameralar quraşdırılacaq. O dayanacaqdan keçən marşrut xətt avtobuslarından başqa saxlanılan istənilən nəqliyyat vasitəsinin şəkili çəkilib protokollaşdırılacaq.

BNA rəsmisi əlavə edib ki, hazırda Bakı şəhərində parklanma siyasətinə yenidən baxılır: "Dayanaqlı proqram tənimatına söykənən avtomatlaşdırılmış sistemin qurulması nəzərdə tutulub. Bu istiqamətdə həm sərnişindaşımaya, həm də paytaxt nəqliyyatına təsir edəcək siyasəti təkmilləşdirmək niyyətindəyik". 

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər