Prezident Bakıdan başlayan yola 1,8 milyon manat ayırdı

Prezident Bakıdan başlayan yola 1,8 milyon manat ayırdı

Tkinti ilə bağlı tədbirlər haqqında sərəncam imzalanıb

Prezident İlham Əliyev Abşeron rayonunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi (16 km) - Masazır-Novxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, yetmiş beş min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi (16 km) - Masazır-Novxanı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Daxili İşlər Nazirliyi (DİN) koronavirus pandemiyası ilə bağlı əhaliyə müraciət edib. BakuCity.az həmin müraciəti təqdim edir: "Koronavirusla mübarizəmiz davam edir. Bu təhlükəli infeksiyanın mövcudluğunu bir an belə unutmamalı, özümüzü, doğmalarımızı və ətrafımızdakı insanları qorumalıyıq. Biz qorxunc virusa birlikdə, karantin qaydalarına riayət etməklə qalib gələ bilərik”. BakuCity.az
Cəmiyyət
Ermənistanın motoatıcı diviziyasının qərargah rəisi məhv edilib. Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi məhv edilib. Müdafiə Nazirliyindən BakuCity.az verilən məlumata görə, ölənlər arasında diviziyanın qərargah rəisi polkovnik Sergey Şakaryan da var. BakuCity.az
Cəmiyyət
İş adamı Fərid Novruzi “Mercedes” hədiyyə etdiyi əsgərlə görüşüb. BakuCity.az xəbər verir ki, bu barədə Fərid Novruzi özü məlumat yayıb: “Qəhrəman qardaşım tapıldı. Qardaşımızı Allah saxlayıb.  Döyüşlərdə ayağından aldığı güllə yarası səbəbi ilə xəstəxanaya yerləşdirilmişdi, lakin yarası tam sağalmadan yenə də cəbhəyə qayıtdı. Ordu rəhbərliyi halını müəyyən edib onu tam müalicəsini bitirməsi üçün evinə məzuniyyətə yolladı. Dünən səhər, “Facebook”da bir izl...
Cəmiyyət
Tərtərə atılan “Smerç” raketi rayonun Buruc kəndinə düşüb. Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini “Smerç”lə atəşinə tutub. BakuCity.az xəbər verir ki, saat 18:15-də düşmən tərəfindən atılan “Smerç” rayonun Buruc kəndinin ərazisinə düşüb. Xoşbəxtlikdən həmin vaxt ərazidə heç kəs olmayıb. Lakin kəndin su xətti sıradan çıxıb. Hazırda əraziyə Azərbaycan Respublikasının Minalardan Təmiz...
Cəmiyyət
Laçın dəhlizinə nəzarət gücləndirilib. Azərbaycan ordusu Qubadlını işğaldan azad etməklə Laçın dəhlizinə nəzarəti gücləndirə bildi ki, bu da düşmənə sarsıdıcı zərbənin vurulması deməkdir. BakuCity.az xəbər verir ki, bunu hərbi ekspert Üzeyir Cəfərov Qubadlı rayonunun strateji əhəmiyyətindən danışarkən bildirib. Üzeyir Cəfərovun sözlərinə görə, artıq ordumuz Qarabağa aparan kommunikasiya xətlərinə nəzarət edə bilir ki, bu da düşmənin sonunun uzaq olmadığını...
Cəmiyyət
Ermənistan Müdafiə Nazirliyinin açıqlaması. Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Arçrun Ovannisyan Azərbaycan hərbçilərinin Qarabağda Qubadlı şəhərini ələ keçirdiklərini təsdiqləyib. BakuCity.az xəbər verir ki, Ovannisyan bu gün keçirdiyi brifinq zamanı etiraf edib: “Dünən axşam döyüşlərin gedişində rəqib Qubadlını tuta bilib və bəzi istiqamətlərdə irəliləyib”. Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, hərbi əməliyyatlar bir neçə kənd...
Cəmiyyət
Ermənistan ordusunun hərbçiləri arasındakı nizam-intizamsızlığa dair yeni videogörüntü yayılıb. BakuCity.az xəbər verir ki, hərbçilər arasındakı dialoqda əsgərlərin acınacaqlı durumda olduğu, habelə zabit-əzgər münasibətlərindəki qarşıdurmanın ən yüksək həddə çatdığı əks olunur. - Biz 10 gündür ki, bura gəlmişik. Yiyəsiz şəraitdə qalmışıq. - Yiyəsiz olmamısınız! Mən sizin başınızın üstündə olmuşam. - Nə edəcəyimizi bilmirik. - Qaçanda bilməyəcəksiniz də! -...
Cəmiyyət
Son sutkada 8 nəfər COVID-19-dan vəfat edib. Azərbaycanda bu gün koronavirus infeksiyasına 527 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 8 nəfər COVID-19-dan vəfat edib. BakuCity.az
Cəmiyyət
Düşmən Tərtəri atəşə tutub. Ermənistan Silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutub. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir. BakuCity.az