"Baku Bus" sərnişinlərə müraciət etdi

"Baku Bus" sərnişinlərə müraciət etdi

"Sərnişinlərdən xahiş edirik ki, anlayışla qarşılasınlar"

"Yollardakı sıxlıq və tıxac səbəbindən avtobusların təyin olunmuş interval üzrə hərəkətində ləngimələr qeydə alınır". 

Bakucity.az xəbər verir ki, bu barədə "Baku Bus" MMC-nin sərnişinlərə müraciətində bildirilir. 

"Bakı Nəqliyyat Agentliyinin məlumatına əsasən, bu dəqiqələrdə Bakı şəhəri üzrə bəzi küçə və prospektlərdə sıxlıq və tıxac müşahidə edilir. Yollardakı sıxlıq və tıxac səbəbindən avtobusların təyin olunmuş interval üzrə hərəkətində ləngimələr qeydə alınır. Sərnişinlərdən xahiş edirik ki, sıxlıq və tıxacla əlaqədar avtobusların ləngiməsini anlayışla qarşılasınlar", - şirkət bəyan edib.

Bakucity.az 

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər