Metroda ənənə halını alan musiqili proqramı təşkil olunub
18 sentyabr - Milli Musiqi Günü münasibətlə Bakı Metropolitenin “İçərişəhər” stansiyasında artıq ənənə halını alan musiqili proqramı təşkil olunub. Musiqi proqramı metrostansiyadan istifadə edənlərə xoş əhval-ruhiyyə bəxş edib və rəğbətlə qarşılanıb.
Bakucity.az-a fikir bildirən tamaşaçılar insanların zövqünü oxşayan, onlara gözəl mənəvi qida verən belə bir musiqi proqramının təşkilatçılarına minnətdar olduqlarını qeyd ediblər.
Qeyd edək ki, bu əlamətdar günlə əlaqədar metronun digər stansiyalarında da Üzeyir Hacıbəylinin və digər Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.