Bakıda sürücülərə qarşı qaydalar sərtləşdirilir

Bakıda sürücülərə qarşı qaydalar sərtləşdirilir , Javid

Dayanma-durma qaydalarını pozan avtonəqliyyat vasitələri qeydə alınır

İnzibati xəta törədən sürücülər barədə elektron protokollar tərtib ediləcək.

Yol-nəqliyyat üzrə ekspert Azər Allahverənov bildirib ki, qanunvericilikdəki bəzi müddəalar kobud şəkildə pozulur. Yəni sürücülər nəqliyyat vasitələrini səkilərin üzərində saxlayırlar:

“Maarifləndirmə işlərinə baxmayaraq, bu proses hələ də davam edir. Sürücü avtomobilini səkidə saxladığı halda, ona inzibati cərimə tətbiq edilərsə, növbəti dəfə bu hadisəyə yol verməz. Bəzən sürücülər bəhanə edir ki, ticarət yerlərinin qarşısında parklanma olmadığı üçün maşını saxlaya bilmirlər. Əgər ticarət obyektinin yanında maşını saxlamağa yer yoxdursa, yaxın ərazidə avtomobili park etməyə yer tapmalıdır”.

Qeyd edək ki, hazırda Qanunsuz Parklanmaya Nəzarət Kameraları sisteminin fəaliyyəti daha da təkmilləşdirilib. Sistem vasitəsilə yollara nəzarət gücləndirilib. Həmin kameralar vasitəsilə yollarda dayanma-durma qaydalarını pozan avtonəqliyyat vasitələri müəyyən edilir. (Oxu.az)

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər