Bakının azadlığının 100 illiyi - Paraddan fotoreportaj

Bakının azadlığının 100 illiyi - Paraddan fotoreportaj

Bakının işğaldan azad edilməsinə həsr olunan parad keçirilib

Paytaxtın Azadlıq meydanında Bakı şəhərinin erməni-bolşevik işğalından azad edilməsinin 100 illiyinə həsr olunan parad keçirilib.

Bakucity.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Mehriban Əliyeva paradda iştirak ediblər.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, Əməliyyat İmkanları Konsepsiyası və Əməliyyat Ehtiyatları taborlarını təmsil edən parad heyəti, Xüsusi Təyinatlı Qüvvələrin və Dəniz Piyadaları bölmələrinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçuları paradda keçid ediblər.

Daha sonra Bakı Qarnizonunun birlik, birləşmə və hərbi hissələrinin xüsusi texnikaları və silah sistemlərinin keçidi olub.

Türkiyə Silahlı Qüvvələrinin məşhur “Mehtəran” birliyi “Mehtər marşı”nın sədaları altında Azadlıq meydanına daxil olub. “Mehtəran” birliyi tribuna ilə üz-üzə dayanaraq “Əsgər marşı”nı ifa edib.

Azadlıq meydanı üzərindən Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin döyüş helikopterləri və təyyarələrinin, eyni zamanda, Türkiyə Silahlı Qüvvələrinin “Türk Ulduzları”nın uçuşları olub.

Bakının azadlığının 100 illiyi - Paraddan fotoreportaj, fotoşəkil-1 Bakının azadlığının 100 illiyi - Paraddan fotoreportaj, fotoşəkil-2 Bakının azadlığının 100 illiyi - Paraddan fotoreportaj, fotoşəkil-3 Bakının azadlığının 100 illiyi - Paraddan fotoreportaj, fotoşəkil-4 Bakının azadlığının 100 illiyi - Paraddan fotoreportaj, fotoşəkil-5 Bakının azadlığının 100 illiyi - Paraddan fotoreportaj, fotoşəkil-6

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər