Bakının Qaradağ rayonunda neftçilərə mənzil verilib

Binaların tikintisi 2016-cı ilin yanvarından başlayıb

Neftçilərin peşə bayramı ərəfəsində neftçilər üçün Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 28 May küçəsində 5c və 18c ünvanında inşa edilmiş 7 ədəd 9 mərtəbəli yeni yaşayış kompleksinin istifadəyə verilməsinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Bakucity.az SOCAR-a istinadən xəbər verir ki, tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri iştirak ediblər.

Məlumat verilib ki, “Neftçi” mənzil-tikinti kooperativi binaların tikintisinə 2016-cı ilin yanvarından başlayıb. 28 may küçəsində istifadəyə verilən yeni binalarda 452 mənzil var. Binalarda ümumilikdə 27 ədəd dörd otaqlı, 199 ədəd üç otaqlı, 199 ədədi iki otaqlı və 27 ədədi isə bir otaqlı mənzillər vardır. Binalar su, elektrik xətti və təbii qazla təchiz edilib. Tam təmirli mənzillər mətbəx mebeli, giriş mebeli və qaz plitələri ilə təmin olunmuş, binaların həyətində istirahət guşəsi yaradılmış, ətrafı abadlaşdırılıb.

Yeni mənzil alan neftçiləri təbrik edən SOCAR prezidenti Rövnəq Abdullayev demişdir: “Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları neftçilərin sosial şəraitinin yaxşılaşdırılmasını daim diqqətində saxlayır. Bu istiqamətdə həyata keçirilən tədbirlərimizdən biri də əməkdaşlarımızın növbəlilik əsasında mənzillərlə təmin edilməsidir. Biz bundan sonra da bu işlərimizi davam etdirəcəyik".

Daha sonra Rövnəq Abdullayev binaların açılışını bildirən rəmzi qırmızı lenti kəsərək, burada mənzil alan neftçilərə order və açarları təqdim edib.

Xatırladaq ki, mənzil uçotunda olan neftçilərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə 2010-cu ildən “Neftçi” mənzil-tikinti kooperativi yaradılıb. Kooperativ yeni yaşayış binalarının tikintisi ilə məşğuldur. Hazırda Qaraçuxur qəsəbəsində coxmənzilli binanın tikintisini həyata keçirir.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Daxili İşlər Nazirliyi müvafiq tədbirlər görür. Vətəndaşlar tərəfindən daxili işlər orqanlarına edilən bütün müraciətlər operativ şəkildə araşdırılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görülür. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, nazirlik əhaliyə xəbərdarlıq edib: "Əhalinin nəzərinə bir daha çatdırırıq ki, qanunvericiliyə uyğun olaraq təhlükəsizlik tələblərinin pozulması, insanların həyatına və sağ...
Cəmiyyət
"GeoProMining Gold" Ermənistana silah-sursat və muzdlular yollayır. 112 ton qızıl ehtiyatı olan Dağlıq Qarabağdakı qızılın 99%-nə nəzarət edən Rusiyanın "GeoProMining Gold" şirkəti bu ehtiyatları əldən verməmək üçün bölgəyə çox sayda silah və muzdlu əsgər göndərməyə başlayıb. Sfera.az xəbər verir ki, bu barədə Türkiyə medası xəbər verib. Bildirilib ki, sözügedən şirkət Qarabağda qızıl çıxaran ən böyük rus şirkətidir və bölgənin Azərbaycanın nəzarətinə keçm...
Cəmiyyət
İşğalçılıq siyasətindən imtina etməyən Ermənistan dünya ölkələrindən istədiyi dəstəyi ala bilmir. BakuCity.az-ın məlumatına görə Yenicag.az Bakı sakinləri arasında sorğu keçirib. Sorğunun iştirakçıları bütün dünyaya yalvaran Ermənistana aman verilməməsinə çağırırlar. BakuCity.az
Kriminal
Ermənilər Kaliforniyada azərbaycanlılara qarşı vandalizm aktı törədib. Erməni vandallarının azərbaycanlılara bəslədiyi nifrət sərhəd tanımır. Dünyanın dörd bir yanına səpələnmiş erməni lobbisinin üzvləri hətta okeanın o tayında, ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlılara qarşı vandalizm aktı törətməkdən çəkinmirlər. Onlar oktyabrın 20-də gecə Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin binasının üzərinə nifrət dolu ifadələr, təhqir və söy...
Cəmiyyət
Hərbi ekspert Ədalət Verdiyevin açıqlaması. "Əvvəlcə məhdud sayda kəndlər işğaldan azad olunurdu. Elə gün olunurdu ki, 3 kənd açıqlanırdı. Amma indi 4 rayon ərazisindən hərəsindən 5, 6 və 7 kənd azad olunur. Bu, o deməkdir ki, əvvəlcə dar bir istiqamətdə 3 kənd geri alınırdısa, artıq bu zərbə istiqamətində ordunun ikinci eşalonu yardığı şübhəsizdir. Həm də yarılma ərazisindən genişlənmə var". BakuCity.az xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verd...
Cəmiyyət
Bakıda fəaliyyət göstərən iaşə obyekti sahibəsinin ermənilərə dəstək fonduna külli miqdarda vəsait köçürüldüyü bildirilir. BakuCity.az xəbər verir ki, bu barədə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev özünün “Facebook” səhifəsində yazıb: “Bu qadın Bakı şəhəri 34 ünvanında yerləşən Anderson-“Coffee shop in Baku” obyektinin sahibəsidir. Bu günlərdə erməni fonduna 50 min ABŞ dolları keçirib. Bakıda pul qazanır və övladlarımızın öldürülməsi üçü...
Cəmiyyət
Düşmənin 5-ci dağatıcı alayının mövqeləri ələ keçirilib, çoxlu sayda silah və sursat qənimət götürülüb. Oktyabrın 20-i gün ərzində və 21-ə keçən gecə cəbhənin Ağdərə, Füzuli- Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Ord...
Cəmiyyət
Hikmət Hacıyevin Serj Sarkisyanın “Independent”ə verdiyi müsahibəni şərh edib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın sabiq prezident Serj Sarkisyanın Böyük Britaniyanın “Independent” nəşrində yayımlanan müsahibəsindəki fikirlərə cavab verib. BakuCity.az xəbər verir ki, H. Hacıyev özünün “Twitter” hesabında bildirib ki...
Cəmiyyət
Azərbaycanda general-mayor vəfat edib. Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski vəfat edib. BakuCity.az xəbər verir ki, 59 yaşlı generalın səhhətində problemlər olub. (bakupost) BakuCity.az