Akademik Milli Dram Teatrında yeni premyera

Səhnə əsəri melodram janrındadır

Sentyabrın 23-də Akademik Milli Dram Teatrında Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan “Sinif yoldaşları” tamaşasının premyerası keçiriləcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, məşhur rus yazıçı-dramaturqu Yuri Polyakovun eyniadlı pyesi əsasında hazırlanan səhnə əsəri melodram janrındadır.

Bakucity.az teatrdan aldığı məlumata görə, Tamaşanın müəllifi, quruluşçu rejissoru və rəssamı Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, bəstəkarı xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Ceyran Həsənlidir.

Yeni yaradıcılıq işində teatrın məşhur və sevilən aktyorları – əməkdar artistlər Sənubər İsgəndərli (Svetlana Poqojeva), Şəlalə Şahvələdqızı (Anna Falikova), Rövşən Kərimduxt (Mixail Tyablov), xalq artistləri Ramiz Novruz (Fyodor Stroçkov), Cəfər Namiq Kamal (Boris Lipovetski), Səidə Quliyeva (Yevgeniya Petrovna), əməkdar artist Füzuli Hüseynov (Viktor Çermetov), aktyorlar Mətləb Abdullayev (İvan Kostromitin), İlahə Həsənova (Olqa), Rüstəm Rüstəmov və Vüsal Mustafayev (Mayor), Ziya Ağa (Leytеnant Dmitri), Vüsal Məmmədov (Birinci cangüdən) və Mehman Fətullayev (İkinci cangüdən) çıxış edirlər.

Əsəri Azərbaycan dilinə yazıçı Etimad Başkeçid tərcümə edib.

Tamaşa sinif yoldaşlarının 20 il sonrakı görüşü, yaxud insan mənəviyyatının deqradasiyası haqqındadır. Müharibədən, eyni zamanda həyatın müxtəlif imtahanlarından çıxan sinif yoldaşları müharibə əlili İvanın ad günündə təkcə sosial vəziyyətlərindəki böhranı göstərmir, eyni zamanda mənəvi simalarını hansı şəkildə itirdiklərini də tamaşaçıya nümayiş etdirirlər. “Sinif yoldaşları” tamaşası təkcə ölkəmizin mədəni həyatındakı hadisə deyil, eyni zamanda Rusiya-Azərbaycan teatr əlaqələrində körpü rolunu oynayan növbəti uğurlu addımdır.

Qeyd edək ki, Yuri Polyokov “Əmrə yüz gün qalmış”, “Rayon miqyaslı fövqəladə vəziyyət”, “Süddə çəpiş” romanları ilə məşhurlaşıb. Əsərləri əsasında iyirmiyə yaxın bədii film çəkilib, pyesləri çoxlu sayda teatr səhnələrində tamaşaya qoyulub.

“Lenin komsomolu”, “N.Qoqol” və “İ.Bunin” adına ədəbiyyat mükafatlarına layiq görülüb. Rusiyanın “Vətən qarşısında xidmətlərinə görə”, “Dostluq” və “Şərəf” ordenləri ilə təltif olunub.

Moskvada nəşr olunan “Literaturnaya qazeta”nın baş redaktoru, Rusiya Dramaturqlar Gildiyasının sədridir.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
3 baxış fevralda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
Paytaxtda Beynəlxalq Uşaq Musiqi Festivalı çərçivəsində konserti keçirilib. Bakucity.az xəbər verir ki, Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Beat Group” tərəfindən  uşaqlar üçün təşkil olunan “Zima” Beynəlxalq Estrada Mahnı Festivalının böyük qala konserti keçirilib.   Saytımıza açıqlamasında Rusiyanı təmsil edən Vadim Tsaqareişvili ifa edəcəyi mahnılar barədə danışıb, həmçinin Bakı ilə bağlı təəssüratlarını bölüşüb: “Estrada musiqi...
Cəmiyyət
Ölkə üzrə pensiyaların verilməsinə başlanılıb. Bakucity.az xəbər verir ki, Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin sözçüsü Fazil Talıblı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bir neçə gün ərzində pensiyaların bütün ölkə üzrə verilməsi tam təmin olunacaq: “Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi” ilə bağlı sərəncamına uyğun olaraq Dövlət Statistika Komitəsinin verdiyi məlumat əsasında aylıq nominal əmək haqqının artım tempinə əs...
Mədəniyyət
Ödənişsiz təlimlər keçiriləcək “YARAT” Müasir İncəsənət Mərkəzi bu ilin mart ayından dekabradək özünüinkişafla bağlı ödənişsiz əlavə təhsil imkanları üçün “İnsan: özünü tanı” proqramını təşkil edir. Mərkəzdən Bakucity.az-a bildirilib ki, proqram çərçivəsində paytaxtımızda 10 məşhur mühazirəçi və bestseller müəllifi özünüinkişafla bağlı ödənişsiz təlimlər keçəcəklər. Proqram şirkət rəhbərləri, habelə tələbə və müəllimlər, yaradıcı şəxslər, yaşından və təhsi...
Ekologiya
Fevralın 19-da Bakıya qar yağacağı proqnozlaşdırılır Bakucity.az xəbər verir ki, Dünyanın nüfuzlu weather.com saytının mobil telefonlardakı əlavələri fevralın 19-da Bakıya qar yağacağını proqnozlaşdırır.  Bunu da oxu: Leyla Əliyeva Bakıda heyvanlara qayğı mərkəzinin açılışında - FOTO Son günlər bölgələrdə və paytaxt Bakıda da qeyri-sabit hava şəraitinin keçməsi bu ehtimalı artırır. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeo...
Mədəniyyət
“Şəhid şəhər” adlı uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılacaq Xətai Sənət Mərkəzinin Xocalı soyqırımının 27-ci ildönümünə həsr etdiyi “Şəhid şəhər” adlı uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılacaq. Mərkəzdən Bakucity.az-a bildirilib ki, fevralın 21-də açılacaq sərgidə 115 rəssamın 130 işi, həmçinin Əməkdar rəssam Rafayel Muradovun Xocalı faciəsinə həsr olunmuş əsərləri, rəssam Cəlal Ağayevin “Şəhid Şəhər” əsəri nümayiş olunacaq. Qeyd edək ki, müsabi...
İdman
Batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılışı olub Bakucity.az xəbər verir ki, bu gün Azərbaycanda ilin ilk beynəlxalq idman yarışı - batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib. Milli Gimnastika Arenasında (MGA) baş tutan mərasimdə əvvəlcə iştirakçı ölkələrin - Azərbaycan, Avstraliya, Almaniya, ABŞ, Belarus, Bolqarıstan, Braziliya, Böyük Britaniya, Əlcəzair, Kanada, Çin, Çexiya, Danimarka, Fransa, Gürcüstan,...
Cəmiyyət
“Toplan” sahibsiz itlərə qayğı mərkəzinin açılışı oldu Bakucity.az xəbər verir ki, Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə işin təkmilləşdirilməsi üzrə birgə layihəsi çərçivəsində paytaxtın Balaxanı qəsəbəsində yaradılan “Toplan” sahibsiz itlərə qayğı mərkəzinin açılışı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya məlumat verilib...
Mədəniyyət
“Ak oy” alaçığı sərgiyə milli kolorit bəxş edəcək. Bakucity.az xəbər verir ki, fevralın 15-də Azərbaycan Xalça Muzeyində əl işi olan türkmən xalçaları, Türkmənistan milli zərgərlik məmulatları və toxuculuq sənayesi məhsullarının sərgisi açılıb. Sərgi Türkmənistan və Azərbaycan arasında mədəni-humanitar sahədə əməkdaşlığın, iki ölkə arasında qarşılıqlı mədəni mübadilənin genişləndirilməsi çərçivəsində, habelə yüksək səviyyədə əldə edilmiş razılaşmaların yer...
Cəmiyyət
Layihədə BANM, ADNSU, UFAZ, BMU, AzMİU və Xəzər universitetlərin tələbələri iştirak edəcək. Bakucity.az xəbər verir ki, Bakı Ali Neft Məktəbi və BP şirkətinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gələn “Mühəndislər üçün Biznes təhsili” layihəsinin yeni qrupları üçün açılış olub. BANM-dan verilən məlumata görə, açılışda çıxış edən Ali Məktəbin rektoru Elmar Qasımov bildirib ki, “Mühəndislər üçün biznes təhsili” layihəsinin əsas məqsədi güclü texniki bilikl...