Metronun “Xətai” stansiyası 1 ilə yaxın bağlı olacaq - bakucity.az

Metronun “Xətai” stansiyası 1 ilə yaxın bağlı olacaq

Alman istehsalı avadanlıqlar quraşdırılacaq.

"Bakı Metropoliteni" QSC-nin 1968-ci ildə istismara verilmiş "Xətai" stansiyasında istismar müddəti başa çatan eskalatorların yeniləri ilə əvəzlənməsi zərurəti yaranıb. 

Bu barədə qurumun açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, 50 illik istismar dövründə stansiyanın köhnəlmiş qurğu və avadanlıqları müasir tələblər səviyyəsinə çatdırılmalı, stansiyanın yerüstü vestibülünün döşəmə və divar üzlükləri yenilənməli, ümumilikdə, stansiya kompleksi əsaslı şəkildə yenidən qurulmalıdır.

"Xətai" stansiyasında və "Xətai-Cəfər Cabbarlı" mənzilində infrastrukturun sağlamlaşdırılması, əsaslı təmir olunaraq yenidən qurulması tədbirləri mərhələli şəkildə həyata keçirilir. Təmirin 2016-cı ilin dekabr ayında yekunlaşdırılmış birinci mərhələsində stansiyanın 1-ci baş yolu və orta zalı, eləcə də “Xətai-Cəfər Cabbarlı” mənzilinin 1-ci yolu müasir tələblər səviyyəsinə çatdırılıb.

Yenidənqurma işlərinin ikinci mərhələsi çərçivəsində "Xətai" stansiyasının 2-ci baş yolu və “Xətai-Cəfər Cabbarlı” mənzilinin 2-ci yolunda sağlamlaşdırma, əsaslı təmir və yenidənqurma tədbirləri planlı surətdə yerinə yetirilir. İstismar müddətini başa vuran eskalatorların yenilənməsi, eləcə də vestibülün və digər infrastrukturun əsaslı təmir olunması məhz bu mərhələnin davamı kimi nəzərdə tutulub.

Eskalatorların dəyişdirilməsi və vestibülün təmiri ilə bağlı hazırlıq tədbirlərinə cari ilin fevral ayında başlanılıb, əsaslı təmir və yenidənqurma prosesinin qrafikə uyğun, keyfiyyətlə yerinə yetirilməsi məqsədilə tədbirlər planı hazırlanıb.

Təmir dövründə "Xətai" stansiyasında 1968-ci ildən istifadədə olan "LT-2" tipli 3 eskalator söküləcək. Onların əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin "Viktoriya Tube" tipli 4 eskalatoru quraşdırılacaq. Dərin özüllü stansiya bir giriş-çıxışlı olduğundan, quraşdırılacaq 4 eskalator sərnişin axınının sürətini daha rahat tənzimləməyə, təhlükəsizliyi gücləndirməyə imkan verəcək. Xatırlatmaq yerinə düşər ki, buna qədər "28 May" və "Sahil" stansiyalarında aparılmış yenidənqurma tədbirləri çərçivəsində sökülmüş 3 eskalatorun yerinə onların 4 ədəd yeni nəsil analoqları quraşdırılıb.

"Xətai" stansiyasında eskalatorların yenilənəcəyi müddətdə vestibülün əsaslı təmiri də aparılacaq. Burada divar və döşəmənin istismar müddətini başa vurmuş mərmər-qranit örtüyü sökülərək yenilənəcək, maili gedişin divarları və tavanı dövrün tələblərinə uyğun təmir olunacaq.

Qarşıdakı müddət ərzində həmçinin "Xətai" stansiyasının 2-ci baş yolunun və “Xətai-Cəfər Cabbarlı” mənzilinin 2-ci yolunun sağlamlaşdırılması, əsaslı təmiri və yenidən qurulması da başa çatdırılacaq.

"Xətai" stansiyası birçıxışlı olduğu üçün təmir dövründə onun bağlanması zərurətə çevrilib. Bunu nəzərə alaraq, “Bakı Metropoliteni” sərnişinlərə xəbərdarlıq edir ki, “Xətai” stansiyası bu il sentyabrın 27-dən sərnişinlərin giriş-çıxışı üçün bağlanacaq. Həmçinin "Cəfər Cabbarlı-Xətai" istiqamətində və əksinə olmaqla, sərnişin qatarlarının hərəkəti dayandırılacaq. Bütün təmir-bərpa və quraşdırma işlərinin gələn il avuqstun 10-da başa çatdırılması nəzərdə tutulub.

Sərnişinlərin nəzərinə çatdırırıq ki, Bakı Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa əsasən, qeyd edilən müddətdə sonuncu dayanacağı "Xətai" stansiyası və ona yaxın ərazilərdə olan şəhər sərnişindaşıma avtobus marşrutlarının hərəkəti "28 May" stansiyası və digər müvafiq istiqamətlərdə tənzimlənəcək. Bununla əlaqədar Bakı Nəqliyyat Agentliyi ictimaiyyətə əlavə məlumat verəcək", - açıqlamada qeyd olunub. 

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Bakı-Ələt-Astara yolunda ağır yol qəzası baş verib.  Bakucity.az xəbər verir ki, yolun Qaradağ rayonu ərazisindən keçən hissəsində “VAZ 2107” markalı avtomobil “KaMAZ” markalı yük maşınına çırpılıb.  Qəza nəticəsində 27-BH-978 dövlət qeydiyyat nişanlı “VAZ 2107”-nin sürücüsü,1988-ci il təvəllüdlü Ağamalıyev Qürbət Novruz ağır xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.  Avtomobildə olan digər sərnişin Cəfərov Lətif Razı oğlu hadisə yerində və...
Cəmiyyət
Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək Bakucity.az xəbər verir ki, bu, Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlıdır.  Qrumun bununla bağlı əməliyyat planı yarışların əhatə dairəsi, keçiriləcəyi məkanlar, həmçinin qonaqların hərəkət edəcəyi əsas istiqamətlər nəzərə alınmaqla tərtib olunub. Qatarların hərəkətinin təşkili və sərnişin axınının tənzimlənməsinə cavabdeh olan bütün sahələrə müvafiq tapşırıqlar ve...
İdman
Avropa Yay Gənclər Olimpiya Festivalında millimizin bayraqdarı müəyyənləşib Bakucity.az xəbər verir ki, İyulun 21-27-də Bakıda keçiriləcək festivalın açılış mərasimində iştirakçı ölkələrin paradı zamanı ölkəmizin üçrəngli bayrağını Hüseyn Məmmədov daşıyacaq.  “Judo Club 2012”nin üzvü yarışda Azərbaycanın cüdo yığmasının heyətində +90 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.  Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın on növü -...
Hadisələr
Çimərlikdə bataraq boğulduğu deyilən gənc xəstəxanada ayılıb Bakucity.az xəbər verir ki, Abşeron rayonunun Məmmədli kənd sakinləri olan 8 nəfər gənc Pirşağı çimərliyində batmaq təhlükəsi ilə üzləşib. Onlardan 6 nəfər ətrafdakıların köməkliyi ilə xilas edilib. Suda qalan iki nəfərdən biri çıxarılaraq 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Həkimərin müdaxiləsindən sonra hələlik adı məlum olmayan gənc ayılıb.   Suda batan 2002-ci il təvəllüdlü ikin...
Hadisələr
Dənizkənarı Milli Park ərazisində ilanlar peyda olub Bakucity.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılan görüntülərdə vətəndaşın əlində zəhərli ilanı tutması əks olunub.  Sözügedən görüntüləri təqdim edirik: Bakucity.az
Hadisələr
Sürücülərdən diqqətli olmaları tələb edilir Bakucity.az xəbər verir ki, bu gecədən etibarən paytaxtın bəzi küçə və prospektlərində sarı zolaq qadağası qüvvəyə minəcək. “Baku 2019” - Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar olaraq paytaxtın “Ziya Bünyadov”, “Q.Qarayev”, “Neftçilər”, “Atatürk”, “H.Ələsgərova”, “Azadlıq”, “Z.Əliyeva, “Tiblisi, “Moskva”, “Ü.Hacıbəyov”, R.İsmaylov və s. küçə və prospektlərində çəkilmiş sarı rəngli və xüsusi işarəli av...
Hadisələr
Barmağında dəmir halqa qalan şəxs çətin anlar yaşayıb. Bakucity.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda baş verib.  Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, bir nəfərin barmağında dəmir halqa sıxılaraq qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri halqanın müvafiq qaydada çıxarılmasını təmin ediblər. Bakucity.az
Mədəniyyət
Tamara Qverdtsiteli "Jara-2019" beynəlxalq musiqi festivalında çıxış edəcək Bakucity.az xəbər verir ki, Gürcüstanın və Rusiyanın xalq artisti Tamara Qverdtsiteli paytaxtda sevilən mahnılarını səsləndirəcək.  Bu barədə "Jara-2019"-un rəsmi "İnstagram" səhifəsində məlumat verilib: "Gürcüstanlı sənətçi Tamara Qverdtsiteli kimi iştirakçılar hər hansı bir tədbirin statusunu müəyyənləşdirirlər.  Gerçək bir pop əfsanəsi, təəccüblü timbre və sadiq bir qadın - 26 ...
Hadisələr
Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub Bakucity.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İlqar Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakimlər kollegiyasının hökmünə əsasən, İlqar Qurbanov 15 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Yasamal rayonu, Həsən Bəy Zərdabi küçəsində baş verib. Masallı rayon, Boradigah kənd sakini, 57 yaşlı...