Jedvabne şəhərində Bakıya həsr olunmuş fotosərgi açılıb

Jedvabne şəhərində Bakıya həsr olunmuş fotosərgi açılıb

Sərgidə Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşları da iştirak ediblər

Bakucity.az Azərtac-a istinadən xəbər verir ki, Polşanın Jedvabne şəhərində ənənəvi "Milli oxu günü" qeyd olunub. "Milli oxu günü"ndə Stefan Jeomskinin "Erkən yaz" əsərinin kütləvi oxunuşu təşkil edilib.

Adam Minkeviç adına orta məktəbdə keçirilən mərasimdə Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşları da iştirak ediblər. Məktəbin akt zalında Stefan Jeomskinin həyat və yaradıcılığına həsr edilmiş, həmçinin Bakı səhnələrindən ibarət fotosərgi də nümayiş olunub.

Polşa ədəbiyyatının təbliği üçün yaradılmış "Milli oxu günü" 2012-ci ildən etibarən təsis edilib.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər