Rusiyalı baletmestr Bakıda ustad dərsləri keçəcək

Rusiyalı baletmestr Bakıda ustad dərsləri keçəcək

Rusiyanın tanınmış balet mütəxəssisi Bakıda ustad dərsləri keçəcək

Bakucity.az xəbər verir ki, Rusiyanın tanınmış balet mütəxəssisi və Xalq artisti, Dövlət mükafatı laureatı, beynəlxalq müsabiqələrin laureatı Mark Vladimiroviç Peretokin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi tərəfindən teatrın balet truppasında ustad dərsləri keçmək üçün Bakıya dəvət olunub.

M.Peretokin vaxtilə Böyük Teatrın səhnəsində "Qu gölü", "Yatmış gözəl", "Jizel", "Raymonda", "Korsar", "Şopeniana", "Don Kixot", "İvan Qroznı", "Spartak", "Karmen-süita", "Qızıl əsr", "Romeo və Cülyetta", "Anyuta", "Parisdə sonuncu tango" və s. baletlərdə çıxış edib.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər