Bakıda “Peru Andlarının mənzərələri” adlı sərgi açılacaq

Bakıda “Peru Andlarının mənzərələri” adlı sərgi açılacaq

“Art Tover” rəsm qalereyasında “Peru Andlarının mənzərələri” adlı fotosərgi açılacaq

Bakucity.az xəbər verir ki, sərgi sentyabrın 25-də, Perunun Azərbaycandaki səfirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyinin və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının təşəbbüsü ilə gerçəkləşəcək.

Sərgidə dörd Peru rəssamı- Hugo Suyo Medina, Evaristo Cayo, Guzman Emilio Huanca Yanariko və Darvin Chavezinin əsərləri nümayiş ediləcək.

Rəssamların hər biri özlərinəməxsus olaraq möhtəşəm And dağlarının əzəmətliyini əsərlərində əks etdiriblər. Hər kəsin tanış ola biləcəyi sərgi oktyabrın 6-dək davam edəcək.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər